KİV: MKİ-nin Rusiya üzrə yüksəkvəzifəli analitiki işdən çıxarılıb
Bu gün, 17:18
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya ilə bağlı yüksəkvəzifəli analitiklərindən biri işdən çıxarılıb.
Bu barədə "The Economist" mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, MKİ əməkdaşı 20 ildən çox kəşfiyyatda işləyib. 2016-cı ildə o, Rusiyanın prezident seçkisinə müdaxiləsi ilə bağlı hesabatın hazırlanmasına rəhbərlik edib.
Nəşr iddia edir ki, avqustun 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard onu, eləcə də digər 36 hazırkı işçini və keçmiş əməkdaşı Konstitusiya andlarına xəyanət ittihamı ilə təhlükəsizlik icazəsindən məhrum etdikdən sonra həmin şəxsin karyerası başa çatıb.