Gözdən əlil olan Ucar sakini acından ölməmək üçün müraciət edir- MÜRACİƏT
1-07-2016, 00:21
Ucar rayonunun Qazyan kənd sakini, 1-ci qrup gözdən əlil Qədirov Rafiq İsrayıl oğlu tərəfindən
M Ü R A C İ Ə T
Allahı sevən bütün vicdanlı insanlardan çox-çox xahiş edirəm bizim ailəyə kömək edin.Ramazan fitrəsini bizim ailəyə verin ki. aclıqdan məhv olmayaq.Sizə bildirirəm ki, iki gözüm görmür və həyat yoldaşının hesabına gəzə bilirəm.Hazırda yoxsulluq həddindən də pis vəziyyətdə yaşayırıq.Quru çörəyə belə həsrətik.Pensiya kartımı sələmiyə götürdüyüm pula görə bir ildən çoxdur ki, girov qoymuşam.3 yaşlı övladım İsmayılı ilan vurdu dyə onun ölməməsi üçün müalicə üçün sələmiyə götürdüyüm pula görə düz bir ildən çoxdur ki, pensiya kartım sələmiçidədir.Acınacaqlı, yoxsul şəraitdə yaşayırıq. Ailəliyəm, iki övladım var idi. Övladımın biri balaca Məhəmməd 16 dekabr 2013-cü il tarixdə acınacaqlı vəziyyətdə, yoxsulluğa görə soyuqdəymədən öldü. Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış evin içərisinə yağdı deyə, körpə uşağım tələf oldu. Elə olur ki, günlərlə çörək belə tapa bilmirik. Özümün yox, ailəmin az yaşlı körpə uşağımın acından məhv olma təhlükəsi məni çox üzür. sizdən xahiş edirəm Ramazan fitrəsini bizim ailəyə verəsiniz.Qarşıdan gələn müqəddəs Ramazan bayramınız mübarək olsun. Allah oruc namazınızı qəbul etsin..Ömürümüz boyu sizə minnətdar olarıq.Allah sizi qorusun.
Əlaqə telefonumuz; 051 808-14-47
Yardım etmək istəyənlər üçün: