Cəmil Məmmədli:"Utanmadan da vəkil prokurora pıçıldayırdı ki, qəti imkan tədbirini dəyişmək lazımdır ki, həbsə girsin"

21-08-2023, 09:42           
Cəmil Məmmədli:"Utanmadan da vəkil prokurora pıçıldayırdı ki, qəti imkan tədbirini dəyişmək lazımdır ki, həbsə girsin"
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədli başına gətirilən hadisələr və onun həbsini reallaşdılrmaq üçün qurulan oyunlardan yazıb. Hər tərəfdən sifarişlə üstünə gəlindiyini qeyd edən Cəmil Məmmədli statusunda yazır:
"Deməli azı 50 fakt bilirəm ki, insanları aldadıb, külli miqdarda pulunu ələ keçirib, aradan çıxan, "sübut olmadığı üçün" heç təqsirləndirilməyən, ümumiyyətlə heç kəsin vecinə olmayan olaylar, adamlar var.
Durduğum yerdə küçədən adamları gətirib, özləri də öz vicdanları ilə (əgər varsa) yalan olduğunu bilə-bilə əleyhimə ifadələr təşkil edib, məni təqsirləndirirlər...
Nə dinə bilirəm, nə danışa bilirəm.
Utanmadan da vəkil prokurora pıçıldayırdı ki, qəti imkan tədbirini dəyişmək lazımdır ki, həbsə girsin.
İnsanın mənəviyyatı nə qədər xarab olmalıdır ki, yalan olduğunu bilə-bilə, kiminsə günahsız həbsini arzulasın, tələb etsin?
Nə ölkə imiş ya rəbb?!
Allah zalimə lənət eləsin...
Cəmil Məmmədli"
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru