Beynəlxalq müşahidəçilərin Qarabağa buraxmaq olar?

24-09-2023, 09:04           
Beynəlxalq müşahidəçilərin Qarabağa buraxmaq olar?
Senator Gary Peters Laçın buraxılış-keçid məntəqəsinə gəlib. Jurnalistlərə deyib ki, biz çox narahatıq: “İnsanlar orada baş verə biləcək olaylardan həqiqətən qorxurlar. Düşünürəm ki, dünya nə baş verdiyini bilməlidir”.
“Biz Azərbaycan hökumətindən eşidirik ki, görmək üçün heç bir şey yoxdur, narahat olmaq üçün heç bir əsas yoxdur. Mən bir çox insanlarla danışmışam, onlar öz yaxınları, ailələri üçün çox narahatdırlar. Onlar neçə aydır ki, blokadadan, ərzaq, tibbi ləvazimat, ilkin tələbat malları, yanacaq çatışmazlığından əziyyət çəkirlər. Eşitdiklərimə görə bu, dəhşətli bir vəziyyətdir və mən çox narahatam və bunu mütləq ABŞ Senatındakı həmkarlarıma çatdıracağam”.
Gary Peters əlavə edib ki, beynəlxalq müşahidəçilərin oraya getməsi və baş verənləri dəqiq görməsi və Dağlıq Qarabağ xalqına(?) ləyaqət, hörmətlə yanaşılması və onların hüquqlarının qorunduğuna əmin olmaq üçün səy göstərmək lazımdır.
Beynəlxalq müşahidəçilərin Qarabağa buraxmaq olar? Onlar da bir tərəfdən əl-ayağa dolaşacaqlar. Ermənilərin müdafiəsi üçün min bir oyundan çıxacaqlar. Bizə bu lazımdır? Qətiyyən yox. Biz belə fırldaqlar çox görmüşük. Məsələ belədir. Əliqabarlı erməni Azərbaycan pasportu alıb Azərbaycan vətəndaşı kimi Qarabağda yaşaya bilər. Azərbaycana qarşı cinayətlər törətmiş ermənilər isə mütləq Qarabağı tərk etməlidir. Öz xoşuna getmək istəməyənləri isə zorla yola salmaq lazımdır...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.