Baş prokuror Qubad İbadoğlu və Nazim Bəydəmirli haqda sualı cavabladı

1-10-2023, 13:44           
Baş prokuror Qubad İbadoğlu və Nazim Bəydəmirli haqda sualı cavabladı
“Hər hansısa bir dövlətin Azərbaycanın daxili işlərinə, o cümlədən istintaq hərəkətlərinə əvvəlcədən müdaxilə etməsi yolverilməzdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri partiya sədri Qubad İbadoğlu, keçmiş millət vəkili Nazim Bəydəmirli və ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı beynəlxalq təşkilatların müraciətləri ilə əlaqədar sualı cavablandırarkən Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, sözügedən işlərin hər birində konkret faktlardan və sübutlardan istifadə edilib:

“Hər bir şəxs qanunla nəzərdə tutulmuş prosedurlara uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilir. Bu işlərin hər birində biz konkret faktlardan və sübutlardan istifadə edirik ki, prokurorluq orqanları üçün də əsas məsələ budur. O ki qaldı beynəlxalq təşkilatlara, hesab edirəm ki, hər hansısa bir dövlətin Azərbaycanın daxili işlərinə, o cümlədən istintaq hərəkətlərinə əvvəlcədən müdaxilə etməsi yolverilməzdir. Bu, həm siyasi, həm hüquqi baxımdan səhv addımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru