Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramıdır.

14-10-2023, 11:08           
Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramıdır.
Bir il öncə Rövşən Rüstəmov Azərbaycan Dəmir Yollarına rəhbər təyin edilib.
Gizli deyil ki, qurumda vəziyyət, xüsusilə də sərnişindaşımada durum son illərdə böhran vəziyyətində olub.
Qatarlar çatışmır, yollar və infrastruktur bərbad, stansiyalar ondan betər gündə olub.
Bu gün də baxıram ki, hardansa bir qatar tapıb Bakı və Sumqayıt arasında bir Ekspress xətt açıblar.
Görünən odur ki, hələlik yeni rəhbərlik Bakı və Bakı ətrafı dəmir yollarında " ilişib" qalıb.
Hələ də qurum ən ciddi problem haqqında susur.
Gəncədən başqa ölkədaxili xətlərin heç birisi 4 ildir ki işləmir.
Gözləyirdim ki, bəlkə bu gün açıqlama verərlər aşağıdakı reyslər nə zaman işə düşəcək :
Bakı- Yalama
Bakı - Astara
Bakı - Qazax
Bakı - Böyük Kəsik
Bakı - Balakən
Təəssüf ki, bu haqda heç bir məlumat yoxdur. Prezident fərmanı əsasında 3-4 il öncə ADY üçün subsidiya ayrılmalıydı. İndiyədək ayrılmayıb, heç bir rəsmi açıqlama və izahat yoxdur .
Belə görünür ki, Rövşən müəllim də bu subsidiyanı hökumətdən ala bilməyəcək.
Güman ki elə buna görədir ki, ADY rəhbərliyi son zamanlar xarici bankların rəhbərləri ilə görüşlər keçirir, görünür ümid xarici bankların kreditinə qalıb.
Hiss olunur ki nəsə etmək istəyirlər, səylər göstərirlər. Ümid edirəm yeni rəhbərlik ənənəvi dəmir yol xətlərini işə sala biləcək.
Dəmiryolçuları peşə bayramı münasibətilə təbrik edirik.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.