1967-ci il müharibəsi: Yaxın Şərqi dəyişmiş altı gün- SON

15-10-2023, 08:08           
1967-ci il müharibəsi: Yaxın Şərqi dəyişmiş altı gün- SON
Jeremy Bowen
BBC-nin Yaxın Şərq redaktoru
İordaniyanın dilemması
Nasir 1956-cı ildən bəri Ərəb dünyasının lideri idi. İndi isə israillilərə nifrətin üzərində qərar tutan Nasir ərəblər üçün siyasi bütə çevrilmişdi.

O mayın 28-də Qahirədə xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişdi və orada bildirmişdi ki, Sinay və Tiran boğazı böhranlarına görə fələstinlilərə qarşı təcavüzkar siyasət yeridən İsrail məsuliyyət daşıyır.

O deyirdi ki, birgəyaşayış mümkün deyil, çünki fələstinlilər 1948-ci ildə öz torpaqlarından qovulublar.

Nasirin belə özünəinamlığı kral Hüseyni küncə sıxmışdı. Hüseyn Nasirə inanmırdı. O MKİ-nin Əmmandakı rezidenti Jack O'Connel-ə demişdi ki, İsrailıin başlıca strateji məqsədi İordan çayının qərb sahilidir. Hüseynin yüksək rütbəli zabitləri isə Nasirlə yaxınlaşmaya can atırdılar.


30 May 1967: Hüseyn və Nasir Misir-İordaniya müdafiə sazişini imzaladıqdan sonra gülümsəyirlər

Hüseyn üçün söhbət ölüm-dirimdən gedirdi. O Nasirlə barışıq barədə qərar qəbul etmişdi. O bilirdi ki, bu müharibədən kənarda qalsa, ölkəsinin fələstinli əhalisindən qopan partlayış onun taxtını başına çevirə bilər. Digər tərəfdən o düşünürdü ki, döyüşə girsə, Misirin havadan himayəsi İsrailin Qərb sahilinə irəliləyişini BMT atəşkəs elan edənədək ləngidə bilər.

Mayın 30-da kral Hüseyn Qahirəyə uçdu və sazişi imzaladı. O Əmmana qayıdanda dəlicəsinə xoşbəxt insan kütləsi onun Mercedes maşıını qucağına alıb saray gətirmək istəyridi. Hüseyn bundan çox da rahat olmurdu. O bilirdi ki, kütlə onu Nasirlə saziş bağladığına görə bu qədər "sevir".

Sonralar kral tarixçi Avi Şlayma demişdi: "Mən bilirdim ki, müharibə qaçılmazdır. Mən bilirdim ki, biz uduzacağıq. Mən bilirdim ki, biz İordaniyada təhlükə altındayıq. İki təhlükə vardı: ya biz hadisələrin axarı ilə gedib uduzuruq, ya da bir kənarda qalırıq və bu halda ölkə parçalanır".

Qorxu və hədələr
İsrail generalalrı əmin idilər ki, əgər onlar nəzərdə tutduqları şəraitdə vuruşmalı olsalar, inamlı qələbə qazanacaqlar.

Eyni zamanda ərəb radiolarından və İsrail qəzetlərinin səhifələrindən qan-qan deyən bəyanatlar yağmaqda davam edirdi. Holokostdan cəmi 22 il keçdiyi bir vaxtda ərəblərin hədələri qorxulu səslənirdi.

İsraili axirət ahval-ruhiyyəsi sarmışdı. Adamlar acı-acı zarafat da edirdilər: "Müharibədən sonra görüşərik…Harada? Telefon köşkündə?.." Yəni müharibədən sonra İsraildə bir köşkə sığışacaq qədər insan qala bilərdi.

30 May 1967: Hüseyn və Nasir Misir-İordaniya müdafiə sazişini imzaladıqdan sonra gülümsəyirlər

Hüseyn üçün söhbət ölüm-dirimdən gedirdi. O Nasirlə barışıq barədə qərar qəbul etmişdi. O bilirdi ki, bu müharibədən kənarda qalsa, ölkəsinin fələstinli əhalisindən qopan partlayış onun taxtını başına çevirə bilər. Digər tərəfdən o düşünürdü ki, döyüşə girsə, Misirin havadan himayəsi İsrailin Qərb sahilinə irəliləyişini BMT atəşkəs elan edənədək ləngidə bilər.

Mayın 30-da kral Hüseyn Qahirəyə uçdu və sazişi imzaladı. O Əmmana qayıdanda dəlicəsinə xoşbəxt insan kütləsi onun Mercedes maşıını qucağına alıb saray gətirmək istəyridi. Hüseyn bundan çox da rahat olmurdu. O bilirdi ki, kütlə onu Nasirlə saziş bağladığına görə bu qədər "sevir".

Sonralar kral tarixçi Avi Şlayma demişdi: "Mən bilirdim ki, müharibə qaçılmazdır. Mən bilirdim ki, biz uduzacağıq. Mən bilirdim ki, biz İordaniyada təhlükə altındayıq. İki təhlükə vardı: ya biz hadisələrin axarı ilə gedib uduzuruq, ya da bir kənarda qalırıq və bu halda ölkə parçalanır".

Qorxu və hədələr
İsrail generalalrı əmin idilər ki, əgər onlar nəzərdə tutduqları şəraitdə vuruşmalı olsalar, inamlı qələbə qazanacaqlar.

Eyni zamanda ərəb radiolarından və İsrail qəzetlərinin səhifələrindən qan-qan deyən bəyanatlar yağmaqda davam edirdi. Holokostdan cəmi 22 il keçdiyi bir vaxtda ərəblərin hədələri qorxulu səslənirdi.

İsraili axirət ahval-ruhiyyəsi sarmışdı. Adamlar acı-acı zarafat da edirdilər: "Müharibədən sonra görüşərik…Harada? Telefon köşkündə?.." Yəni müharibədən sonra İsraildə bir köşkə sığışacaq qədər insan qala bilərdi.

Gənc İsrail generalları baş nazir Levi Eşkola inamsızlıqla yanaşırdılar

Dörd diviziya komandirindən biri, briqada generalı Elad Peled həmin iclasda idi. Peled mənə 2002-ci ildə bunları demişdi: "O vaxt nəsillər arasındakı ruh fərqi böyük önəmə malik idi. Biz kovboy idik, cəbhə adamıydıq. Biz yaşlı nəslə azad olmayan adamlar kimi baxırdıq. Onları hələ azad etməmişdilər…Təhsil naziri məndən soruşmusdu: "Birdən siz deyən kimi olmasa…Siz dövlətin varlığı ilə oynayırsınız…" Mən ona demişdim ki, müharibənin nəticəsindən 100 faiz əminəm".

Bir çox İsrail baş nazirləri kimi, Eşkol həm də müdafiıə naziri idi. Amma onu İsrailin müharibə qəhrəmanlarından birinin xeyrinə bu postu xuliqana oxşayan təkgöz general Moşe Dayana təhvil verməyə məcbur etmişdilər.

Bu əsgər özünün mühüm fəlsəfəsini 1956-cı ildə bir kibbutzda (kolxoza bənzər təsərrüfat) öldürülmüş Ray Rotberqin dəfn mərasimində bəyan etmişdi: "Bizim nəslin taleyi tələb edir ki, biz daim silahlı və hazır, güclü və qətiyyətli olaq. Çünki xəncər əlimizdən düşsə, biz öləcəyik".

Müharibə ərəfəsi
Nasir böyük stavkalarla qumara girişmişdi. Misirin müasir hava qüvvələrui vardı, lakin ordusu zəif idi. Onun generalları əmin idilər ki, Nasirin mənəm-mənəmliyi onları müharibənin kandarına gətirib çıxarıb.

Böhranın beynəlxalq səviyyədə çözülməsinə edilən cəhdlər iflasa uğramışdı. Amerikalıların və britaniyalıların beynində olan yeganə ideya Tiran boğazını zor gücünə açacaq Qırmızı Dəniz Reqattası idi.

Amma ABŞ və Britaniya admiralları bu ideyanı heç də xoşlamırdılar. Onlar narahat idilər ki, bu əməliyyat baş tutmaya bilər və beləliklə, Nasirə daha bir qələbə qazandırılmış olar.

İyunun 2-də, cümə günü İsrail generalları kabinetin müdafiə komitəsi qarşısında qətiyyətli təklif qoymuşdular. Onlar siyasətçilərə deyirdilər ki, Misiri əzişdirə bilərlər. Amma vaxtı itirdikcə, bu işi görmək də çətinləşir.

Bundan bir neçə gün əvvəl İsrailin casus təşkilatı Mossadın rəhbəri Meyr Amit gizli şəkildə və saxta pasportla Vaşinqtona yola düşmüşdü. O müharibə üçün bundan daha artıq gözləmək niyyətində deyildi. O yaşı 50-yədək olan kişi əhalisinin orduya çağırılması nəticəsində ölkə iqtisadiyyatının tam dayanmasından narahat idi.

Amit 2002-ci ildə mənə ABŞ-ın müdafiə naziri Robert McNamara ilə həlledici söhbətindən danışmışdı.

"Mən dedim ki…müharibə tövsiyə edirəm".

"McNamara yalnız iki sual verdi: Nə qədər çəkəcək? Mən dedim ki, bir həftə çəkər. "Nə qədər itki olacaq?" Mən dedim ki, müstəqillik müharibəsində olduğundan daha az. Yəni 6000. McNamara dedi: "Səni başa düşdüm".

Amerikalılar aşkar siqnal verirdilər. Onlara demişdilər ki, İsrail müharibəyə gedir və onlar bunu dayandırmaq üçün heç nə etmirdilər.

Amit İsrailə Vaşinqton səfiri Abe Harman-la içərisi əleyhqazla dolu təyyarədə qayıdırdı. Onlar Tel-Əvivə iyunun 3-də, şənbə günü axşam çatmışdılar.

Maşın onları birabaşa Eşkolun mənzilinə aparmışdı. Orada Eşkol onları əsas nazirlərlə birlikdə gözləyirdi. Amit dərhal müharibə istəyirdi. Harman daha bir həftə gözləməyi təklif edirdi.

Dayan bununla razılaşmırdı: "Biz yeddi, doqquz gün də gözləsək, minlərlə ölən olacaq. Gözləmək məntiqli bir iş deyil. Gəlin əvvəlcə birinci zərbəni vuraq, sonra siyasi tərəfinə baxaq".

Orada olan hər bir kəs başa düşürdü ki, qərar qəbul edilib. İsrail müharibəyə gedir. Hökumət bu qərarı ertəsi gün səhər təsdiq etdi.

Misirdə Nasir bu qənaətdə idi ki, İsrail iyunun 4 və ya 5-də hücum edə bilər. O bu nəticəyə İraqın zirehli diviziyasının İordan vadisinə hərəkətinə görə gəlmişdi. O bilirdi ki, İsrail qüvvələr balansının bu şəkildə dəyişməsinə yol verə bilməzdi.

Qəfil hücum
İyunun 5-i səhər 07:40-dək Ezer VeysmanTel-Əvivdəki Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri mərkəzində hökm sürən gərginliyə zorla tab gətirirdi.

İsrailin müharibə planı Fokus Əməliyyatı adlanan qəfil hücumdan asılı idi. Bu plana görə Misirdən başlayaraq bütün ərəb hərbi hava qüvvələri elə yerdə məhz edilməli idi.

Onlar bu hücuma illərlə hazırlaşmışdılar və indi bu həmləyə lap az qalırdı.

Misirlilərdən və və başqa ərəb ordularından fərqli olaraq israillilər ev tapşırığını yerinə yetirmişdilər.

Onlar illər ərzində yüzlərlə kəşfiyyat uçuşu edərək Misir, İordaniya və Suriyadakı hər bir hava bazasının dəqiq mənzərəsini öyrənmişdilər. Pilotların dəftərçələrində hədəflərin, uçuş marşrutlarının və çağırış siqnallarının detalları qeyd olunmuşdu. Radio dinləmələrindən onlar hətta hər bir ərəb komandanının səsini tanıya bilirdilər.

Bu, böyük uğur idi. Feldmarşal Amer və Misirin yüksək rütbəli zabitləri Sinaydakı Bir Tamada hərbi hava bazasında görüş keçirirdilər. Onlar elə iclasa təzəcə başlamışdılar ki, ilk İsrail təyyarələri bombardmana başladılar. Generallardan biri elə mat qalmışdı ki, çevriliş və ya müəyyən bir Misir xəyanətinin baş verdiyini düşünmüşdü.

Amerin təyyarəsi havaya qalxmağa macal tapsa da, bir müddət enməyə yer tapmamışdı, çünki Misirin bütün bazaları hücum altında idi.

Tel-Əvivdə Ezer Veysman həyəcan içindəydi. Hücumlar gözlənildiyindən yaxşı alınmışdı. Bu hücumlar düşmən üçün tam gözlənilməz olmuşdu. O dərhal arvadına zəng etmişdi: "Biz müharibədə qələbə qazandıq" - deyə qışqırmışdı.

Həmin gün az sonra İordaniya və Suriya hərbi hava qüvvələrinin əksər hissəsi məhv edilmişdi. İsrail səmalara nəzarət edirdi və indi işi yalnız bitirmək qalırdı.
İsrail kral Hüseynə müharibəyə girməmək xəbərdarlığı etmişdi. Lakin kral artıq qərar qəbul etmişdi və o ordusunu Misir generalından daha az qabiliyyətli zabitə tapşırmışdı.

Günortadan az əvvəl döyüşlər Yerusəlimdə başlanmışdı. İordaniyalılar atəş açmışdılar. Kral Hüseyn İsrailin əgər iordaniyalılar bir kənarda dursalar onlara toxunulmayacağı barədə vədlərinə məhəl qoymamışdı. 1966-cı il Samua reydindıən sonra kral israillilərin vədlərinə etibar etmirdi. Hüseyn inanırdı ki, Misirlə birlikdə daxil olduğu alyansı tərk etsə taxt-tacını itirəcək.

Daha cənubda İsrailin quru qoşunları Sinay səhrası ilə irəliləyirdi. Onlar üç böyük sıçrayışla irəli gedirdilər. Misirlilər müxtəlif mövqelərdən igidcəsinə döyüşürdülər, lakin israillilər kimi improvizə edəcək dərəcədə təlim görməmişdilər.

Qahirədəki baş ordu qərargahında panika hökm sürürdü. General Salahdin Hədidi öz kreslosuna düşüb qalmışdı. O hələ də inanırdı ki, müharibədə yarı məğlubiyyət baş verib. Amma Misirin vəziyyəti bundan qat-qat ağır idi.

Bununla belə, küçədəki adamlar bayram edirdilər. Adamları küçələrə hakim partiyanın təşkil etdiyi avtobuslar gətirmişdi. "Ərəbin Səsi" radiosu onların etibar etdikləri xəbər və həqiqət mənbəyi idi. Radio dalğalarından isə xülyalar yağırdı.

Saat 20:17-dək artıq 86 İsrail təyyarəsinin vurulduğu və Misir tanklarının İsrailə girdiyi xəbər verilmişdi. Sinay cəbhəsində general Məhəmməd Abdel Qani Qamasi cəfəngiyyat olduğunu bildiyi bu xəbərlərə "artan dəhşətlə" qulaq asırdı.

İllər sonrası mən Əhməd Səiddən efirdə niyə yalanlar yağdırdığını soruşmuşdum. Nil çayının üstündə bir vaxtlar dəbdəbəli, indi isə uçub tökülən mənzilində o, özünü müdasfiə edirdi.
"Biz adamları rəqs etməyə yox, döyüşə çağırırdıq…Biz inanırdıq ki, bizim yayınlarımız bizim ən güclü silahımızdır. Dinləyicilərimizin əksəriyyəti savadsız idi və radio onlara yetişmək üçün ən yaxşı vasitə idi…"

1967-ci ildə məğlubiyyət barədə əsl xəbərlər gələndə Nasir və Amer villalarına çəkilmişdilər. Sonralar prezident olaraq İsraillə tarixi sülh sazişini imzalamış və öz qvardiyası tərəfindən sui-qəsdlə qətlə yetirilmiş Ənvər Sədat Qahirənin küçələrini piyada gəzirdi.

"Məyus və sınmış" halda o, Nasir loyalistlərinin ehramlara aparan xiyabanda aşağı-yuxarı hərəkət edib xəyal olunan qələbənin saxta xəbərlərini necə bayran etdiklərinə baxırdı.

Yeni mənzərə
Sonrakı 5 gündə İsrail Misir, İordaniya və Suriya ordularını qaçmağa məcbur etmişdi. O Misirdən Qəzza zolağı və Sinay səhrasını, Suriyadan Qolan təpələrini, İordaniyadan isə Qərb sahili və Şərqi Yerusəlimi almışdı.

Son iki minillikdə ilk dəfə idi ki, yəhudilərin Yerusəlimdəki qədim müqəddəs ocaqları onların öz nəzarətində idi. Çox sayda fələstinli qovulmuş, qaçmış və öldürülmüşdü. Hərçənd ölənlərin sayı 1948-cil müharibəsində olduğundan çox deyildi.
Nasir istefa vermiş, lakin milyonlarla insan küçələrə tökülüb ağlaşanda və etiraz edəndə fikrini dəyişmişdi.

O öz postunda 1970-ci ildə vəfat edənədək qaldı. Feldmarşal Amer müəmmalı şəraitdə öldü. Ailəsi inanırdı ki, onu zəhərləmişdilər.

Kral Hüseyn Şərqi Yerusəlimi itirsə də, taxt-tacını qoruyub saxlamışdı. O İsraillə gizli dialoqunu davam etdirirdi və 1994-cü ildə sülh sazişi imzaladı.

Suriyada hakim xuntada olan hərbi hava qüvvələri komandanı 1970-ci ildə mütləq hakimiyyətə sahiblənmişdi. Onun adı Hafiz əl-Əsəd idi. Onun oğlu Bəşər 2000-ci ildə atasının vəfatından sonra prezident olacaqdı.

İsraildə baş nazir Eşkol, 1969-cu ildə infraktdan vəfat etmişdi. Onun dul xanımı Miryam qəti əmin idi ki, əri Müdafiə Nazirliyinin müharibə ərəfəsində ondan alınmasının dərdinə dözməmişdi.

Eşkolun xələfi Qolda Meyrə 1973-cü ildə xəbərdarlıq etmişdilər ki, Misir və Suriya qəfil hücuma hazırlaşırlar. Lakin israillilər hələ də 1967-ci il qələbəsinin təkəbbüründən sağalmamışdılar.

Bunun ardınca başlanan müharibədə İsraili Birləşmiş Ştatların havadan verdiyi böyük dəstək xilas etmişdi. Misir inanırdı ki, milli qeyrətini bərpa edib və prezident Ənvər Sədat tarixi sülh nitqləri edirdi.

1967-ci ildən sonra amerikalılar İsrailə başqa nəzərlə baxmağa başlamışdılar. Onlar üç ərəb ordusunu darmadağın etmiş gənc sabralara məftun idilər.
Bir çox qərblilər kimi, 1967-ci ildə prezident Johnson-un elçisi Harry McPherson dərindən təsirlənmişdi. "Israil müharibədə solğun bənizli, cüssəsiz yəhudi prototipini sındırıdı; mənim gördüyüm əsgərlər möhkəm, əzələli və günəş altında yanmış uşaqlardı. Burada həm də zabitlər və səfərbərlər arasında intizam və demokratiyanın fövqəladə kombinasiyası vardı; səfərbərlər nadir hallarda əsgəri salam verir, amma tez-tez mübahisə edirdilər, lakin kimin qalib gələcəyinə şübhə yeri qalmırdı".

1967-ci ilin ən böyük nəticəsi İsrail və fələstinlilər üçün idi. İsrail Fələstin ərazilərinin işğalına başlamışdı və bu işğal yarım əsrdir ki, davam edir. İsrail Şərqi Yerusəlimi və Qolan yüksəkliklərini işğal edirdi…"

Müharibədən qayıtmış 25 yaşlı İsrail əsgəri yoldaşlarına deyirdi: "Biz nə isə çox qiymətli bir şeyi itirmişik. Biz öz balaca ölkəmizi itirmişik".
Bu gün xəbərlərlə az-çox maraqlanan insanların hər gün eşitdiyi "zorakılıq, işğal, məskənlər, Yerusəlimin gələcəyi" kimi söz və ifadələr başlanğıcını həmin müharibədən alır. İşğalın cizgiləri çox tez görünməyə başlamışdı. Qarşıdan gələn təhlükələrə heç kəs məhəl qoymamışdı.

Müharibədən dərhal sonra İsrailin ilk baş naziri David Ben Qurion qələbədən çox da xumarlanmamağa çağırmışdı. Beyt Berldə etdiyi çıxışında bu İsrail solçularının düşünən başı deyirdi ki, işğal olunmuş ərazilərdə qalmaq yəhudi dövlətinin imicini pozacaq və hətta onu məhv edə bilər. O deyirdi ki, Yerusəlimi saxlamaq şərtilə ərəblərdən alınmış bütün torpaqlar onlara qaytarılmalıdır. İstər sülh sazişi ilə, istərsə də sazişsiz…

Xarici işlər naziri Abba Eban İsrailin Qolan yüksəkliklərindən Süveyşə qədər uzandığını göstərən xəritələrə "sülhün qarantiyası yox, erkən müharibəyə dəvət kimi kimi" baxırdı.
Lakin İsraili bürümüş əhval-ruhiyyə hər hansı ehtiyatı rədd edirdi. Çünki İsrailin ərəblər üzərindəki qələbəsi bu qədər həlledici olmuşdu. Müharibənin cəmi bir həftəsi ərzində İrsail ictimaiyyəti ümidsizlikdən, təntənəyə düşmüşdü.

Dindar yəhudilər belə hesab edirdilər ki, bu qələbə Allahın verdiyi möcüzədir. Dünyəvi yəhudilər də qələbə anının verdiyi sevinc içində yaşayırdılar. Sonralar yəhudi məskənləri hərəkatını başlatmış desantçı Hanan Porat dünyəvi yəhudilərin, Qərb Divarı alındıqdan az sonra necə ağlaşdıqlarını heç vaxt unuda bilməyəcəkdi. Bu divar Şərqi Yerusəlimdə ikinci yəhudi məbədinin qalıqlarından idi.

"Məndə belə bir hissiyyat vardı ki, burada, Yerusəlimdə yəhudi millətinin daxili həqiqəti açılıb. Bu bir möcüzə idi. Çünki İncildəki həqiqətlə real həyatdakı həqiqət birləşmişdi. İsrail xalqının bütün vücudundan elektrik cərəyanı keçirdi".
Rahib Zvi Yehuda Kukun təlimləri Porat da daxil bir çox məskunların ürəyinə yatırdı. Dini sionizmin başçısı olan Kuk öyrədirdi ki, İsrailin silahlı qüvvələri Allahın işidir.

"İMQ (İsrailin Müdafiə Qüvvələri) tam ilahi bir şeydir. Bu ordu rəbbin öz bəndələrinə onların öz torpağını idarə etmələri üçün verdiyi zəmanətdir" - deyirdi Kuk.

Bu da təlim edilirdi ki, Allahın yəhudi xalqına hədiyyə etdiyi torpağı itirmək olmaz.

Burada yeganə çətinlik bu idi ki, fələstinlilər də bu torpağı özlərininki hesab edirdilər. Onlar bu torpağın müqəddəs yerlərini hifz etməyi özlərinə borc bilirdilər.

ABŞ przeidenti Johnson-un Yaxın Şərq müşaviri Bob Anderson müharibədən bir ay sonra xəbərdarlıq edirdi ki, Yerusəlimin ərəblər üçün xüsusi əhəmiyyəti var.

O deyirdi ki, Qədim şəhər Yerusəlimin küçələri qaragüruhu ayağa qaldırmaq qüdrətindədir və bu baş verərsə, "bizim bir çox mötədil dostlarımız" ziyan çəkə bilər.

Bəzi israillilər düşünürdülər ki, qəsb etdikləri torpaqların bir hissəsini sülhlə dəyiş-düyüş edə bilərlər. Lakin bu Şərqi Yerusəlimə aid deyildi. Şəhərin bu hissəsi Qərb sahilindən qoparılmış və sonra isə ilhaq edilmiş torpaq parçasının hesabına daha da böyümüşdü.

Avqustun sonlarında Xartumda keçirilən sammitdə ərəblər papaqlarını əllərinə alıb onları bu qədər alçaltmış birilərindən torpaq dilənmək əhval-ruhiyyəsində deyildilər. Ərəb liderləri deyirdilər ki, İsraillə nə danışıq, nə tanıma, nə də sülh sazişi ola bilməz.

Heyrətamiz bir şəkildə 1967-ci ilin məğlubiyyəti Fələstin milli hərəkatına təkan vermişdi. Həmin vaxta qədər Fələstin Azadlıq Təşkilatı (FAT) Nasirin əlində oyuncaq idi. Bu təşkilat müstəqillik uğrunda mübarizə aparmaqdan daha çox, fələstinliləri buxovlayırdı.

Lakin 1967-ci ildə Yasir Ərəfat və Fətah fraksiyasında nəzarəti ələ aldı. 1968-ci ildə FAT-ın həyata keçirdiyi bir neçə "vur-qaç" əməliyyatından sonra İsrail təşkilatın İordaniyadakı Kərame qaçqın düşərgəsindəki qərargahına reyd keçirdi.
Lakin israillilər burada Fələstin partizanlarından və İordaniya artilleriyasından gözləmədikləri reaksiyanı gördülər. Nəticədə israillilıər Kərameni dağıtdılar, lakin bunun üçün saatlarla gecə döyüşləri aparıb 30 qurban verdilər.

Bu döyüşdə 100-dən çox FAT döyüşçüsü həlak olmuşdu, lakin onlar indi özlərini qəhrəman hesab edirdilər. Bunun ardınca Ərəfat FAT-ın sədri oldu, fələstinlilərin beynəlxalq simvolu və İsrailin isə ən pis terrorçu hesab etdiyi şəxsə çevrildi.

line
Müharibədən sonra nələr oldu?
Yitzak Rabin iki müddətdə İsrailin baş naziri oldu. Əvvəlcə 1970-ci illərin ortasında, daha sonra isə 1992-1995-ci illərdə. Özünün ikinci baş nazirlik müddətinə o fələstinlilərlə tarixi Oslo sülh sazişini imzaladı və buna görə Nobel Sülh mükafatı aldı və 1995-ci ildə İsrail ultramillətçisi tərəfindən qətlə yetirildi.
İordaniya kralı Hüseyn 1970-ci ildə FAT qüvvələrini ölkəsindən qovdu və onların İsrailə qarşı 1973-cü il müharibəsinə qoşulmaq üçün Misir və Suriyanın çağırışlarını rədd etdi. Uzun illər davam edən məxfi danışıqların ardınca, 1994-cü ildə İordaniya İsraillə sülh sazişi imzaladı. Kral Hüseyn 1999-cu ildə rəhmətə getdi.
Hafiz əl-Əssəd 1970ci ildə çevrilişlə sahibləndi və bundan bir il sonra referendumla prezident seçildi. O ölkəni 2000-ci ilədək idarə etdi. Suriyanın İsraillə münasibətləri gərgin olaraq qalırdı. Dəməşq 1973-cü ilin Yaxın Şərq müharibəsində Qolan yüksəkliklərini geri almaq üçün uğursuz cəhd etdi. Əsəd İsraillə işğal olunmuş ərazilərin qaytarılmasını nəzərdə tutmayan hər hansı sülh sazişi imzalamaqdan imtina edirdi.
Cəməl Əbdül Nasir 1970-ci ildə infarktdan vəfat etdi. Onun xələfi prezident Ənvər Sədat nəhayət 1979-ci ildə İsraillə tarixi sülh sazişini imzaladı, lakin 1981-ci ildə Misir ordusunun bir zabiti tərəfindən hərbi parad vaxtı sui-qəsdlə qətlə yetirildi.
line
Yaşayan miras
1967-ci il müharibəsi İsraili işğalçıya çevirdi. Bu həm israillilər, həm də fələstinlilər üçün fəlakət idi. İsrail qəsb olunmuş torpaqlarda beynəlxalq qanunlara məhəl qoymayaraq yəhudilər üçün məskənlər salırdı.

Abba Eban o vaxt proqnoz vermişdi ki, fələstinlilərin "bayraq, şərəf, ləyaqət və müstəqillik təşnəsi heç vaxt tükənməyəcək".
1967-ci il müharibəsinin nəticələrini aradan qaldırmaq üçün sülh danışıqları 1990-cı illərdə başlanıb. O vaxt baş nazir olan Yitzak Rabin köhnə düşməni Yasir Ərəfatın əlini 1993-cü ildə Ağ Evin yaşıl çəmənliyində prezident Bill Clintonun parıltılı təbəssümü altında sıxıb.

Lakin sülh prosesi lap başlanğıcdan hər iki tərəfdən qüsurlu idi. Amma olanı bu idi. İsrailin ifrat sağçıları bu məsələyə çox ciddi yanaşırdılar. Onlar inanırdılar ki, sülh prosesi Allahın yəhudi xalqına verdiyi bütün ərazilərin onların nəzarətindən çıxmasına şərait yarada bilər.

Yəhudi ekstremist Yitzak Rabini 1995-ci ildə sui-qəsdlə qətlə yetirdi. Onun qatili xaini və yəhudi xalqına təhlükə hesab etdiyi adamı öldürməkdən o qədər məmnun idi ki, hətta ilk dindirmədə fincanı əlinə götürüb sağlıq deməyə başlamışdı.

Rabin israillililər üçün lazımlı adam idi. Onlar öz təhlükəsizliklərini ona etibar etmişdilər. Onu elə buna görə də öldürmüşdülılər.

Bəlkə də sülh prosesi, elə Rabin sağ qalsa da iflasa uğrayacaqdı. Lakin 1967-ci ildə öz ordusunu qələbəyə aparmış bir şəxs olmasaydı, sülhün ümumiyyətlə heç bir ümidi qalmazdı.

1967-ci ildən 50 il keçəndən sonra Donald Trump da bütün yeni ABŞ prezidentləri kimi israillilər və fələstinlilər arasında sülh yaradacağına ümid edir.

Əgər bu ümidlər reallaşsa, onda tərəflər 50 il bundan əvvəl zəbt edilmiş torpaqların məsələsini həll etməli olacaqlar. 1967-ci il elə bir drama idi ki, israillilərin və fələstinlilərin bütöv nəsilləri hələ də onun nəticələrini yaşayırlar.

Ürəyində Yerusəlim yerləşən Müqəddəs Torpaq din, mədəniyyət və millətçiliyin böyük tektonik layları üstündə qərar tutub. Amma bunların arasından keçən çat xətləri heç vaxt hərəkətsiz qalmır və hətta təhlükəli tərpənişlər edir. Ona görə də bu torpaqda 1967-ci ilin qoyduğu mirası unutmaq variant sayıla bilməz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.