İsrailin məqsədi Qəzza zolağındakı ərəbləri sıxışdırıb Sina yarımadasına köçürməkdir

15-10-2023, 00:14           
İsrailin məqsədi Qəzza zolağındakı ərəbləri sıxışdırıb Sina yarımadasına köçürməkdir
Həqiqətən də Sina yarımadası məskunlaşmaq üçün daha əlverişli məkandır. Ərazisi nəinki Qəzzadan, hətta İsraildən 2 dəfə böyük olan bu yarımadada cəmi yarım milyon əhali yaşayır. Onların da böyük əksəriyyəti isə fələstinlidir.
Hələlik, Misir bu plana qarşı çıxır. Çünki misirlilərin buna sərt reaksiya verəcəyindən və ölkəni iğtişaş bürüyəcəyindən qorxur. Amma prosesin bu şəkildə davamı böyük ehtimalla Qahirəni də mövcud reallıqla razılaşmağa məcbur edəcək. Çünki 2.3 milyonluq Qəzza sakinlərinin bombardman altında qalıb məhv olması Qahirə üçün daha dəhşətli perspektiv yarada bilər. Misir bu perspektivlə üzləşməmək üçün ya proseslərə müdaxilə edib İsraillə müharibəyə girməli, ya da sərhəd qapısını açmalıdır. İsraillə müharibə isə ABŞ-la da müharibə deməkdir ki, Misirin bunu gözə almaq imkanı yoxdur.
Bəzən adama elə gəlir ki, 1973-cü il razılaşmalarının gizli gündəmində bəlkə də bu perspektiv də nəzərdə tutulmuşdu. 1973-cü il müharibəsi nəticəsində Qolan təpələrindən çəkilməyən İsrailin Sinadan çıxıb yarımadanı Misirə buraxması təsadüfi olmaya bilər. Tel-əvivin və ABŞ-ın Ənvər Sədata müftə qələbə qazandırması mənə qətiyyən inandırıcı gəlmir.
Misirin getdikcə, İsrailin planlarına uyğun məxrəcə gəldiyi də gələn bilgilər arasındadır. Məlumata görə, Qahirə ilə Tel-əviv və Vaşinqton arasında 3 gündür aparılan danışıqlarda Qəzzanın güneyindəki Rifah qapısının açılması mövzusu da xüsusi yer tuturdu və iki gündür, Qahirənin Rifah qapısını humanitar yardımlara açdığı bildirilir. Bunun sonradan təxliyyələr üçün qapıya çevrilməsi də istisna edilmir. Sözsüz ki, Qəzzadan qaçanlara təxliyyə dəhlizi verilərsə, onların bir daha geri qayıtmaq şansları da qalmayacaq.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.