"Polşada ifrat sağ qüvvələr öz təsirini gücləndirir, bu, Ukraynaya necə təsir edəcək?" - CNN

16-10-2023, 00:06           
"Polşada ifrat sağ qüvvələr öz təsirini gücləndirir, bu, Ukraynaya necə təsir edəcək?" - CNN
"Ukraynalıların yalnız yarısı Polşaya xoş niyyətlə yollanır, qalanları pul dalınca gəlir..."

"Belə nəticə Kiyev və Qərb üçün ən pis ssenaridir və Qərbin həmrəyliyini pozmağa çalışan Kremli heyrətə gətirəcək..."

Polşada sağ avroskeptik Konfederasiya partiyası populyarlıq qazanır

Polşada bu gün, oktyabrın 15-də parlament seçkiləri keçiriləcək. Səsvermə ərəfəsində "Azadlıq və Müstəqillik Konfederasiyası ("Konfederasiya" kimi də tanınır) sağ avroskeptik siyasi partiya polulyarlığını artırır.

Moderator.az xəbər verir ki, bu barədə CNN nəşrinin məqaləsində deyilir.

Bu partiya hakimiyyəti dövlət vəsaitlərinin Ukraynaya yardıma xərclədiyinə görə tənqid edir, onun tərəfdarları isə Polşanın qəbul etdiyi Ukrayna qaçqınlaına əsasən şübhə ilə yanaşır və Ukrayna taxılının ölkəyə tədarük edilməsindən narahatdır.

Konfederasiyanın dəstəyinin əsasını Polşanın kənd yerlərindən olan gənc Polşa kişiləridir. Bu kateqoriyadan olan seçicilərini itirməkdən ehtiyat edərək, "Huquq və Ədalət" (PiS) hakim partiyasının məmurları son aylar ərzində Kiyevə münasibətdə öz ritorikasını kəskinləşdirib, prezident Zelenski və onun hökumətini Volın faciəsi ilə, taxıl idxalı və hətta silah tədarükü ilə bağlı məsələlərdə kəskin tənqid edir.

Konfederasiyanın mitinqlərinin iştirakçıları jurnalistlərlə söhbətlərində Ukrayna və ukraynalılar barəsində müxtəlif neqativ fikirlər səsləndirib.

O cümlədən onlar iddia edib ki, ukraynalıların yalnız yarısı Polşaya "xoş niyyətlə" yollanır, qalanları isə, guya, "pul dalınca" gəlir.

Həmçinin iddia edilir ki, guya, Ukrayna Polşa siyasətinə xeyli təsir göstərməyə başlayıb və ukraynalıları, guya, Varşava tərəfindən göstərilən yardıma görə minnətdarlıqlarını nümayiş etdirməməkdə ittiham edib.

Partiya Polşa siyasətində iri oyunçu olmasa da, son həftələr öz təsirini artırıb. Ekspertlərin dəyərləndirmələrinə görə, əgər Konfederasiya hakim PiS partiya ilə sazişə gələrsə, siyasi qüvvə hakimiyyətə yol əldə edə bilər, o zaman Ukrayna əleyhinə əhval-ruhiyyə Polşada qərarların qəbul edilməsinə daha çox təsir göstərəcək.

Hal-hazırda Konfederasiya iddia edir ki, hər-hansı saziş bağlanılmasında maraqlı deyil, lakin belə bir fikir geniş yayılıb ki, bu partiyanın dəstəyi hakim PiS partiyasına özünün zəifləmiş hökumətinin gücləndirilməsi üçün tələb oluna bilər.

"Belə nəticə Kiyev və Qərb üçün ən pis ssenaridir. Hər yerdə mitinqlərdə hökm sürən ovqat Qərbin həmrəyliyini pozmağa çalışan Kremli heyrətə gətirəcək...

Ötən ilin fevralında təxirə salınmış tarixi travma və qonşuluq rəqabəti geriyə dönür, Konfederasiya öz səsini ölkədə olan 1, 4 milyon Ukrayna qaçqınlarına şübhə ilə yanaşan polyaklara verib", - CNN jurnalistləri qeyd edir.

Polşada 2023-cü ilin seçkiləri-bunları bilmək lazımdır

Bazar günü, oktyabrın 15-də polyaklar öz parlamentinin hər iki palatasını seçəcək.

Ekspertlər Yaroslav Kaçinskinin hakim "Hüquq və Ədalət" mühafizəkar partiyasının öz mövqelərini saxlaya biləcəyini və ya sabiq baş nazir Donald Tuskun müxalif "Vətəndaş mövqeyi" partiyasına uduzacağını birmənalı proqnozlaşdıra bilmir.

Bu iki siyasi qüvvədən başqa, parlamentə daha üç partiyanın-mərkəzçi "Üçüncü yol", sol partiyaların koalisiyası və ifrat sağ "Azadlıq və Müstəqillik Konfederasiyası" partiyasının keçəcəyi proqnozlaşdırılır.

Seçkilər ərəfəsində ölkənin sabiq baş naziri və Polşa müxalifətinin lideri Donald Tusk Kiyevə hərbi yardımı artırmağa çağırış edib.

Eyni zamanda, hakim partiya Ukrayna taxılı ilə bağlı öz ritorikasını kəskinləşdirərək, seçicilərin, xüsusilə fermerlərin səslərini əldə etməyə cəhd edir. Ziddiyyətli fikirlər həm də Ukraynaya silah tədarükü ilə bağlı səsləndirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.