Paşinyan Oskanyanın məsləhətinə qulaq asmadı...

16-10-2023, 08:04           
Paşinyan Oskanyanın məsləhətinə qulaq asmadı...
Ermənistanda hətta ən qatı radikallar belə Qarabağın Azərbaycanın nəzarətinə birdəfəlik keçdiyini qəbul etmək məcburiyyətində qalsalar da, o cümlədən İrəvanda etiraz mitinqləri və küşə yürüşləri səngisə də, keçmiş xarici işlər naziri Vardan Oskanyan yenə baş nazir Nikol Paşinyana “Qarabağ uğrunda mübarizə apar” səpgili açıqlamalarla ona ağıl qoymaq istəyir. Oskanyan deyir ki, Nikol Paşinyan Fransanın dəstəyinə istinad etməlidir. Yəni demək istəyir ki, Fransa yeganə ölkədir ki, Azərbaycanla mübarizəni davam etdirir. Oskaynan bunu deyərkən, Fransanın bu mübarizədə hansı nəticə əldə etdiyini söyləməyi unudur. Çünki ortada Fransanın Azərbaycanla münasibətlərini gərginləşdirməkdən başqa ermənilər üçün müsbət nəticə yoxdur. Oskaynan eyni zamanda onu da bildirir ki, Ermənistan hakimiyyəti passivləşdikcə onların əvəzinə Qarabağ uğrunda heç kim mübarizə aparmayacaq. Bu məsələdə Oskanyan haqlıdır. Nikol Paşinyan Qarabağ yükündən qurtulduğuna və mövcud reallıqları nəzərə aldığına görə yalnız Ermənistana aid məsələlərlə məşğul olmaq istəyir. Beynəlxalq aləm bu günlərdə Yaxın Şərqdəki gərginliyi müzakirə edir, Qarabağ müzakirə mövzusu olaraq bitmək üzrədir. Bizim üçün isə yeni dövr başlayır – bölgəni məskunlaşdırmaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru