Hüseyn Cavid -141

25-10-2023, 09:35           
Hüseyn Cavid -141
Tarixdə bu gün - 24 oktyabr 1882-ci il tarixində çox sevdiyim Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) Naxçıvanda anadan olub.
Cavidin sənəti janr və forma cəhətdən çox zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb.
82 il öncə (5 dekabr 1941) Hüseyn Cavid sürgündə kimsəsiz, gözlərinin nurunu itirmiş və ayaqları donmuş halda vəfat edir. Ailəsi uzun müddət onun aqibətindən xəbərsiz qalır. Sovet rejiminə boyun əyməyən Hüseyn Cavid, xəstəxanada müalicə alan oğlunu ziyarət edə bilmək üçün şəxsi əşyalarını satan həyat yoldaşı Mişkinaz xanım, daim doğmalarının yolunu gözləyərək, kimsəsiz halda vərəmdən 24 yaşında vəfat edən oğlu Ərtoğrul, heç vaxt ailə qurmayıb, ömrünü atasının irsini qorumağa sərf edən qızı Turan Cavid...
Sovet rejimi bu ailəyə (eləcə də onminlərlə azərbaycanlı ailəyə) elə dərindən zərbə vurur ki, Cavid ailəsindən geriyə bu gün heç kim qalmayıb...
Ruhları şad olsun!!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.