İsrail ordusu ilk dəfə Qəzza zolağına daxil oldu

26-10-2023, 09:45           
İsrail ordusu ilk dəfə Qəzza zolağına daxil oldu
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalında tanklardan istifadə edərək gecə saatlarında məqsədyönlü reyd keçirib.

Bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

“Gecə ərzində İsrail ordusu döyüşlərin növbəti mərhələlərinə hazırlıq məqsədilə Qəzza zolağının şimalında məqsədyönlü tank reydi həyata keçirib. Reydin sonunda əsgərlər ərazini tərk ediblər”, - məlumatda qeyd olunub.
Məlumatda həmçinin bildirilib ki, İsrail ordusu həmçinin gecə saatları ərzində HƏMAS yaraqlılarına, onların infrastrukturuna, həmçinin Qəzza zolağının şimalında tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru