Separatçıların “mühacir hökuməti” planı alınmadı... - “Artsax hökuməti” İrəvanda QHT kimi fəaliyyət göstərə biləcək

26-10-2023, 11:39           
Separatçıların “mühacir hökuməti” planı alınmadı... -
Qarabağdan qaçaraq, Ermənistana sığınmış separatçıların “mühacirət hökuməti” yaratmaq istəkləri baş tutmur. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, əksər separatçılar belə bir “struktur” yaradılması təşəbbüsü ilə çıxış etsələr də, İrəvan hökuməti buna imkan vermək niyyətində deyil.

Belə ki, separatçıların hazırkı rəhbəri Samvel Şahramanyana TV-lərdə efir, habelə qəzet və saytlara müsahibəyə razılığın verilməməsi, onun yalnız “nümayəndəlikdə” oturmasına icazənin verilməsi bunun ilkin əlamətlərindən biridir. Lakin bu gün məlum olub ki, Ermənistan hakimiyyəti ümumiyyətlə, “Artsax mühacir hökuməti” ideyasını qəti şəkildə rədd edib.

“Hraparak” qəzetinin yaydığı məlumata görə, “mühacir hökuməti”nin yaradılmasının əleyhinə olan Samvel Babayanın son addımları hökumətin xoşuna gəlməyib. “Babayanın Qarabağın Ermənistandakı “nümayəndəliyi” qarşısında aksiyasının yaxşı alınmaması İrəvan hökumətinin ürəyincə olmayıb. Ona görə də, yeni oyunçuları meydana buraxmaq qərarına gəliblər”.

Qəzet iddia edir ki, Paşinyan hökuməti bundan sonra Qarabağdakı separatçıların “xarici işlər naziri” olmuş Armen Qriqoryanı önə çıxarmağa başlayıblar. “Qriqoryan “sorosçu”dur və onun Qarabağda yerləşdirilməsi də Paşinyan tərəfindən həyata keçirilib. Hazırda isə hakimiyyətin əsas planı “Artsax”ın “dövlət strukturları”nı QHT-yə çevirməkdir. Yəni, onlar yalnız QHT kimi fəaliyyət göstərə biləcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.