Bu ölkə Rusiyaya borcunu ödəyə bilməyəcəyini deyir

27-10-2023, 13:58           
Bu ölkə Rusiyaya borcunu ödəyə bilməyəcəyini deyir
Moldova prezidenti Maia Sandu bildirib ki, respublika “Qazprom”a 700 milyon dollardan çox borcun cəmi 9 milyon dollarını qaytarmağa hazırdır.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, o, bu barədə "Vocea Basarabiei" telekanalında danışarkən bildirib.

“Bildirim ki, “Qazprom”un problemi onların borc auditini tanımamasıdır. Əlimizdə sübutlar, bu sahədə tanınmış şirkətlərin apardığı auditlər var. “Moldovaqaz” “Qazprom”a 700 milyon dollar yox, 9 milyon dollar ödəyə bilər”, - deyə prezident qeyd edib.

“Qazprom” rəhbərliyinin 2021-ci ilin oktyabrında Moldovaya qaz tədarükü müqaviləsini növbəti beş il müddətinə uzadmağa razılaşdığı əsas şərtlərdən biri yanacaq borcunun ödənilməsi və ödənişlərin vaxtında icra dilməsi olub. Sonra “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov Moldovanın borcunun 433 milyon dollar təşkil etdiyini, lakin gecikmiş ödənişlər nəzərə alınmaqla ümumi məbləğin 709 milyon dollara çatdığını bildirdi. Moldova Hesablama Palatası auditin nəticələrinə əsasən, bu borcun 590,8 milyon dollar təşkil etdiyini bildirib.

Danışıqlar zamanı Kişinyov ölkənin qaz borcunun beynəlxalq auditinin aparılmasında israr edib və onun nəticələrini 2022-ci il mayın 1-dək təqdim edəcəyinə söz verib. Bu məqsədlə Norveçin "Wikborg Rein Advokatfirma A S" və "Forensic Risk Alliance & Co." şirkətlərinə Böyük Britaniyadan auditorlar dəvət olunub. Bu vaxta qədər auditin nəticələri təqdim edilməmişdi, buna baxmayaraq, Rusiya konserni respublikaya qaz tədarükünü davam etdirirdi.

Lakin avqust ayında Moldova hökuməti “Qazprom”a 8,6 milyon dollar ödəməyi və qalanını silməyi təklif edib. Respublikanın energetika naziri Viktor Parlikovun sözlərinə görə, aparılan auditin nəticələrinə əsasən, sonradan bu borc təsdiq edilə və ya bərpa edilə bilməz.

Öz növbəsində, “Qazprom” rəhbərliyi Moldova tərəfinin bəyanatları ilə qəti şəkildə razılaşmadığını və hüquqlarını müdafiə etməyi planlaşdırdığını bəyan edib. “Moldovaqaz” qaz nəqli şirkətinin İdarə Heyətinin sədri Vadim Çeban Moldova hökumətinin mövqeyini əsassız hesab edir.

O, auditorların hesabatını əsasən fərziyyələrə əsaslanan və onu aparan məsləhətçilərin subyektiv rəyini ehtiva edən məsləhət xarakterli sənəd adlandırıb. Moldovanın keçmiş prezidenti İqor Dodon deyib ki, hökumət “Qazprom”a borcunu tanımaqdan imtina etdikdən sonra özünü etibarsız tərəfdaş kimi göstərib. O xatırladıb ki, borcun əsas hissəsi 2001-2015-ci illər arasında, Sandu və baş nazir Dorin Recean hökumətdə olduqları zaman formalaşıb.

"Moldovaqaz" şirkəti 1999-cu ildə yaradılıb. Onun ən böyük səhmdarı - səhmlərin 50%-nə nəzarət edən “Qazprom”, daha 35,3%-i Moldova hökumətinə, 13,44%-i isə Dnestryanıya məxsusdur. Tanınmamış respublika öz paylarını “Qazprom”a verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.