Rusların Britaniyadakı ofşor sxemi açıqlandı – Sanksiyalardan qaçmaq üçün 900 firma yaradılıb

3-11-2023, 09:54           
Rusların Britaniyadakı ofşor sxemi açıqlandı –
Rusiya vətəndaşına məxsus hüquq firması Böyük Britaniyada 900-dən çox firma açıb. Onların köməyi ilə rusiyalı iş adamları və məmurları sanksiyalardan gizlənə bilirdilər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə BBC, Britaniyanın Finance Uncovered qeyri-hökumət təşkilatı və Seyşel Adaları Yayım Korporasiyasının birgə araşdırmasında deyilir.

Seyşel adalarında qeydiyyatdan keçmiş hüquq firması “Alpha Consulting” 2017-ci ildən bəri İngiltərə, Uels və Şimali İrlandiyada 5 məhdud məsuliyyətli cəmiyyəti qeydiyyatdan keçirib. Onun rəhbəri rusiyalı Viktoriya Valkovskayadır, şirkətin ofisləri Moskva və Londonda açılıb. Araşdırmada bildirilir ki, bu şirkətlərdən bəziləri aktivlərin həqiqi sahiblərini Britaniya hakimiyyətindən gizlətməyə kömək edib. Bundan əlavə, “Alpha” Qərbin sanksiyalarından qorxan ruslara başqa xidmətlər də göstərib.

Materialda qeyd olunur ki, “Alpha” Consulting “Vaqner” PMC-nin keçmiş sahibi Yevgeni Priqojinin şirkətinə Seyşel adalarında hüquqi şəxs yaratmağa və onu rusiyalı qayınanasının adına qeydiyyata almağa kömək edib. O, Vladimir Putinin dostu, keçmiş rabitə naziri Leonid Reymanın şirkətlərindən birinə direktor təyin edib. Yeni Reymanınəlavə yoxlamalardan qaçmağa kömək edə bilərdi.

“Alpha”nın sahibinin qeydiyyatdan keçirdiyi şirkətlərdən biri alban siyasətçisi Lulzim Başi üçün amerikalı lobbiçiyə pul ödəyib. O, 8 ildən artıqdır ki, ölkədə parlament müxalifətinə rəhbərlik edir və bir neçə il nazir postu tutub, Daxili İşlər Nazirliyinə, Nəqliyyat Nazirliyinə rəhbərlik edib. Keçən il bir sıra beynəlxalq KİV-lər ABŞ hökuməti və kəşfiyyat mənbələrinə istinadən yazmışdılar ki, Başa özünün “Albaniyanı yenidən möhtəşəm et” seçki kampaniyası üçün Rusiyadan maliyyə almış ola bilər.

Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Valkovskayanın Seyşel adalarında qurduğu şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edir. XİN-in saytında yer alan vəkillərin siyahısında Valkovskayanın ruslarla işləmək təcrübəsi və dövlət hesabına hüquqi yardım göstərmək bacarığı olduğu qeyd edilib.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.