Bizim “finlandiyalılar” kimi davranmağımız üçün təməllər yaranıb, ermənilər özlərini “isveçlilər” kimi aparmağı bacaracaq?

10-11-2023, 09:44           
Bizim “finlandiyalılar” kimi davranmağımız üçün təməllər yaranıb, ermənilər özlərini “isveçlilər” kimi aparmağı bacaracaq?
Dünən Xankədində baş tutan möhtəşəm tədbir, dalğalanan bayrağımız qürurverici idi, həm də Bayraq Günümüzə ən böyük hədiyyə oldu. Prezidentin çıxışında ən çox bəyəndiyim mesaj, “müharibə bitdi, hədəflərimizə çatdıq, sülh şəraitində yaşayaq, gələcəyə baxaq”, mesajı idi.
2000-ci illərin ortalaranda Avropa institutlarının təşkilatçılığı ilə Azərbaycan və Ermənistan sivil toplumu və siyasi şərhçiləri arasında çoxsaylı görüşlər olurdu. Əsas müzakirə məsələsi Qarabağın gələcəyi, iki xalqın birgə yaşamaq potensialının ölçülməsi idi. O zaman bir neçə görüş rəsmən Finlandiya ərazisi, amma isveç əslilli əhalinin yüksək muxtariyyət statusu olan Aland Adalarında baş tutmuşdu. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə ən yüksək status, Aland Adaları statusuna bənzər bir mexanizm təklif edirdi – Ermənistan, ermənilər isə qalib ədası və artıq hər şeyin bitdiyi varsayımı ilə bu təklifi belə qəbul etmədilər. O zaman Avropalı siyaətçilərdən biri görüşdə ermənilərə, “Aland Adaları statusu ən yüksək muxtariyyətdir, nədən qəbul etmirsiniz”, deyəndə ermənilərdən biri, “qəbul edərdik e, amma azərbaycanlılar finlandiyalılar deyil axı”, deyərək rişxəndlə cavablamışdı. Onun sözlərinə görüşdə iştirak edən hörmətli Zərdüşt Əlizadə gözəl cavab vermişdi – “Bizim finlandiyalılar kimi olmağımız üçün gərək sizlər də isveçlilər kimi olasız”.
Bəli, artıq münaqişə bitib, indi bizim “finlandiyalılar” kimi davranmağımız üçün təməllər yaranıb, top Ermənistan tərəfdədir, onların sözdə “avropalı“ olmaları heç nə demir, əməldə avropalı olub özlərini “isveçlilər” kimi aparmağı, yəni, normal qonşu olmağı öyrənib-bacarmalıdırlar.
Bölgəyə sülh, paralel olaraq da rifah gəlməlidir! Bayramımız mübarək!
Natig Cəfərli
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.