Durovdan sevgilisinə 52 min dollarlıq ekstravaqant hədiyyə

Bu gün, 12:18           
Durovdan sevgilisinə 52 min dollarlıq ekstravaqant hədiyyə
"Telegram" mesencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vavilovanın 25 yaşını təbrik etmək üçün qeyri-adi bir hədiyyə seçib. O, sevgilisinə təxminən 52 500 dollar dəyərində "Plush Pepe" adlı rəqəmsal aktiv alıb.

Oxu.Az-ın məlumatına görə, biznesmen bu barədə özünün "Telegram" kanalından bildirib.

Onun sözlərinə görə, Vavilova çəhrayı-bənövşəyi kiberpank estetikasında əşyalar kolleksiyalaşdırır.

Analitiklər qeyd ediblər ki, son vaxtlar o, ən azı iki belə NFT alıb. İkinci rəqəmsal əsər ona 12 000 dollara başa gəlib.

Qeyd edək ki, Dubaya köçən Yuliya Vavilova özünü kripto investor, geymer və strimer kimi təqdim edir. Cütlüyün münasibətləri 2024-cü ilin payızında Durovun Fransada saxlanılmasından sonra ictimaiyyətə məlum olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru