Məşhur restoranda parkinq biabırçılığı: Müştəridən 40 manat ödəniş alınıb - FOTO

Bu gün, 12:14           
Məşhur restoranda parkinq biabırçılığı:
Məşhur “Lampare” restoranında müştəriləri narazı salan vəziyyət yaranıb.

Referans xəbər verir ki, Salyan şossesi, Şıxov çimərliyi ərazisində yerləşən lüks restorana gələn müştərilər parkinq üçün böyük məbləğ ödəməlidir.

Maraqlıdır ki, parkinq ödənişi müştərilərə restorandan təqdim edilən ümumi ödəniş qəbzlərinə əlavə edilir. Bu isə müştərilərin narazılığına səbəb olub.

Həmin müştərilərdən biri restorana ödənilən hesabı paylaşaraq buna etirazını bildirib. Belə ki, restorana gələn müştərilər 500 manatdan çox hesab ödəyiblər. 10 faiz (54 manat) də əlavə olaraq servis haqqı ödəyən müştərilərdən 4 maşına görə 40 manat da parkinq ödənişi alınıb.

Bu məsələ sosial şəbəkədə də birmənalı qarşılanmayıb. Restorana gələn, obyektə kifayət qədər xeyir verən, 2 porsiya pendirə 70 manat, çörəyə isə 15 manat ödəniş edən 40 manat parkinqə niyə ödəməlidir?

Əlbəttə iradlar haqlıdır. Servis xidmətinə 54 manat alındığını da nəzərə alsaq, müştəridən 40 manat parkinq pulu almaq isə sözün əsl mənasında biabırçılıqdır…













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru