Nikol Brüssel görüşündən öncə Bakını dilemma qarşısında qoymağa çalışır

11-11-2023, 11:04           
Nikol Brüssel görüşündən öncə Bakını dilemma qarşısında qoymağa çalışır
Paşinyan Paris sülh forumunda çıxışı zamanı Azərbaycanla sülh üçün məlum 3 prinsipi - ərazi bütövlüyü, sərhədin Almaatı bəyannaməsinə uyğun delimitasiyası və kommunikasiyanın açılmasında yurisdikasiya çərçivəsində açılmasını (bununla dəhliz məntiqini arxa plana keçirir) - yenidən təkrarlayıb. Və əlavə edib ki, indi ən vacib nüans Bakının Brüsseldə artıq razılaşdırılmış və Mişelin bəyanatlarında yer alan məsələləri bir daha təsdiq edib-etməyəcəyidir.
Nikol bununla yenidən planlaşdırılan Brüssel görüşündən öncə Bakını dilemma qarşısında qoymağa çalışır: Azərbaycan görüşə getməsə, “sülh sazişində maraqlı olmayan tərəf” kimi təqdim ediləcək; görüşdə iştirak etsə, İrəvanın dediyi üç prinsipi yenidən təsdiq etməlidir.
Hərçənd, rəsmi Bakı üçün Brüssel formatı müharibədən sonra Qərb cəbhəsində Minsk qrupunun “dirildilməsinə” qarşı alternativ xarakteri daşıyırdı və xüsusilə Qarabağa (ermənilərin yaşadığı ərazilər) görə lazım idi. Qarabağ məsələsi tamamilə həll ediləndən sonra sərhədin necə delimitasiyası edilməsi və kommunikasiyanın hansı prinsiplə açılması məsələsində Qərb masası maraqlarımıza tam cavab vermir. Bundan sonra məsələlərin regional müstəvidə həlli prinsipi ön plandadır.
Asif Nerimanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru