30 milyard dollarlıq yeni iqlim fondu yaradıldı

2-12-2023, 16:04           
30 milyard dollarlıq yeni iqlim fondu yaradıldı
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan qlobal iqlim həllərinin həyata keçirilməsinə həsr olunacaq 30 milyard dollarlıq yeni fondun yaradıldığını açıqlayıb.

O, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının əsas tədbiri olan Ümumdünya İqlim Sammitinin Dubayda baş tutan iclasında bəyan edib.

“Mən qlobal iqlim həlləri üçün 30 milyard dollarlıq fondun yaradılmasını elan etməkdən məmnunam”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, yeni fondun yaradılması iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsində boşluğu aradan qaldırmaq zərurəti ilə bağlıdır.
Bundan əlavə, prezident qeyd edib ki, təşəbbüs 2030-cu ilə qədər 250 milyard dollar investisiya cəlb etmək məqsədi daşıyır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru