Bu gün övladlarına fiziki yükünü daşımağa imkan verməyən valideynlər sabah onların mənəvi yükünü qaldıra bilməyəcək.

4-12-2023, 12:58           
Bu gün övladlarına fiziki yükünü daşımağa imkan verməyən valideynlər sabah onların mənəvi yükünü qaldıra bilməyəcək.
Bu dövrdə valideyn olan orta təbəqənin bir qismi öz əlləri ilə övladlarına ziyan vurur. Onların normal sosial, emosinal, pisixoloji ortamda olmasını məhdudlaşdırmaqla yanaşı yaşamalı olduqları fiziki mühitdən uzaq tuturlar.
Sual 1. Bunu niyə edirlər?
Cavab: Uşaqlarına yetərincə vaxt, zaman, diqqət ayırmayan valideynlər özləri özlərinə, eyni zamanda ətrafa göstərmək istəyirlər ki, yaxşı valideyndirlər.
Çalışdığım liseydə ən çox valideyn şikayəti yeməkxananın 3-cü mərtəbədən 1-ci mərtəbəyə dəyişilməsi ilə bağlı olub. 16 valideyn gələrək: "Hər gün uşaqlarımız 3-cü mərtəbədən birinci mərtəbəyə niyə düşməlidir?" "Pilləkənlərdən yıxılsalar kim cavab verəcək ?" deməsi uşaqları yaşında olanda günü dəmir, pis, aliminium daşıyıb satmaqla keçən məni dəhşətə gətirdi. Sadəcə cavab verə bilmədim.
Valideynlər istəyir ki, uşaqları panda kimi olsun, pinqvin kimi gəzsin.
Sual 2. Niyə belə istəyirlər?
Cavab: Düşünürlər ki, ətli olsalar, kök olsalar, çox yesələr sağlam olacaqlar, özləri özlərinə sübut edəcəklər ki, uşağa necə baxırıq. "Maşallah panda kimidir, yaxşı yedizdirib içizdiririk, nə gözəl ana atayıq, uşağımız maşallah yeriyəndə panda kimi yeriyir".
Panda demişkən pandaların da nəsli tükənmək, kökü kəsilmək üzrədir. Çoxala bilmirlər. Dünyanın inkişaf etmiş ölkələrində, ixtisaslaşmış institutlarda pandaların soyunu davam etdirmək üçün çalışmalar edirlər.
Pandaların yaşam tərzinin, coğrafiyasının dəyişməsi onların bu vəziyətə gəlməsinə səbəb olub.
Məktəbin həyətində, qapalı ərazidə saxlanılan ev dovşanının iki balasını geniş ərazidə saxlamağa başladıq. 3-4 həfətədən sonra həmin ev dovşanının balası ele qaçırdı ki, elə bil işıq sürəti ilə hərəkət edir. Ev dovşanı ilə çöl dovşanının fərqi sadəcə saxlanma şəraitidir. Aid olduğu şəraitdə saxlasan dovşanı ən sürətli yırtıcılar belə tuta bilmir, ancaq fərqli şəraitdə böyüyən dovşanın tısbağadan fərqi yoxdur.
Kənd toyuğu ilə broyler toyuğunun fərqi də sadəcə saxlanma şəraitidir.
Kənd toyuğunun cücəsini qapalı, 24 saat işıq olan və daimi qabağında yem olan bir yerdə saxlasanız 40 gündən sonra 4 illik toyuqdan 2 dəfə böyük olacaq. Bu tip toyuqlar damazlıq hesab edilmir, çünki çoxalması normal şəraitdə yetişmiş damazlıq toyuqlardan mənfi mənada fərqli olur.
Əvvələr uroloq, androloq yanına gedən kişilər 40 yaşdan sonra gedirdilər, indi isə kişi xəstəliklərinin yaşı 20 olub. Səbəb nədir? Hələ bu gün 20-30 yaşı olanlar normal fiziki mühitdə böyüyüb. İndi bu "qoruyucu" supermamaların və superpapaların 10 yaşı olan uşaqları 10-15 ildən sonra necə olacaq?
Hər şey məktəbli çantası ilə başladı. Bir ara ölkə gündəmi idi ki, uşaqların çantası ağırdır, həkimlər dedi ki, uşaqlar skalyoz olur və s. O həkimlər indi hardadır? Niyə danışmırlar ki, androloqlara ən çox müraciət edən yeni nəsildir. Orta nəsil yeni nəsildən daha güclüdür? Niyə həyəcan təbili çalmırlar. Yaxşı da müştəriləri çox, qazancları bol olur.
Şəhərdə böyüyən biz özümüzdən ağır dəmirlər, mis, aliminium daşıyıb satırdıq, kənddə böyüyənlər isə meşədən odun, saman və s. ağır şeylər daşıyıb. Onurğa xəstəliyi bizim nəsildə çoxdur, yoxsa çantasını daşımayan yeni nəsildə?
Oğuz çantasını özü daşıyır, hələ məşq çantasını da özü daşıyır. Məşq demişkən məşqdə özündən ağır nələri isə daşıyır. Bu gün övladlarına fiziki yükünü daşımağa imkan verməyən valideynlər sabah onların mənəvi yükünü qaldıra bilməyəcək.
Tural Abasquliyev
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.