Azərbaycanda 4 dövlət qurumu ləğv edlilir - siyahı

26-07-2016, 08:42           

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Məlumatlara görə, struktur islahatları konstitusuyanın dəyişdirilməsi ilə bağlı referenduma qədər və ondan sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idaretmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir. Bu baxımdan ciddi sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir. Bununla bağlı qərarlar yaxın vaxtlarda qəbul ediləcək. - deyə mənbə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.