Ramil Usubov dostuna güzəşt etmədi - İcra başçısının qardaşı işdən çıxarıldı
26-07-2016, 14:44
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayon Polis Şöbəsində yoxlama aparılıb.
Azvision.az xəbər verir ki, yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov vəzifəsindən kənarlaşdırılıb.
Beyləqan rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Zöhrab Məmmədov Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qardaşıdır.
AzNews.az əlavə edir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla daxili işlər naziri Ramil Usubov çox yaxın dost kimi tanınırlar.