Abbas Bağırovdan nazirliklə bağlı prezidentə - Müraciət

26-07-2016, 16:02           

Əməkdar artist Abbas Bağırov prezidentə müraciət edəcək.

Bu barədə AzNews.az-a müğənninin köməkçisi Emil Hüseynov məlumat verib. Onun sözlərinə görə, Vergilər Nazirliyinin müğənniyə qoyduğu əlavə dəyər vergisi ilə bağı birbaşa prezidentə məktub ünvanlanacaq: “Başqa yol yoxdur. Çünki hara şikayət edirik üstümüzə qayıdır. Heç bir tədbir görülmür. Müğənninin xəbəri olmadan hesablamalar aparılıb. Bir şeyi başa salmaq istəyirik ki, əgər Abbas Bağırov 10 minə toya gedirsə, bu o demək deyil ki, hamısı özünə qalır. Vergilər Nazirliyi bu məbləği bütövlükdə Abbasın özünə hesablayıb. Bu, düzgün deyil”.

E.Hüseynov əlavə edib ki, Abbas Bağırovun 12-15 nəfər işçisi var: “Onların hamısı maaş alır. Bundan əlavə kliplər, yeni mahnılar, bəs bunlara pul xərclənmir? Sadəcə olaraq, bizə qarşı qərəzlilik ediblər”.

Qeyd edək ki, Vergilər Nazirliyi Əməkdar artist Abbas Bağırovu əlavə dəyər vergisinə cəlb edib. Nazirlik müğənninin 30 min manat əlavə dəyər vergisi ilə bağlı borcu olduğunu deyib. Müğənni isə nazirlik əməkdaşının toyuna getmədiyi üçün ona bu addımın atıldığını iddia edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.