Çalışaq, peşəmizə və həmkarlarımıza sahib çıxaq, çıxa bilmiriksə susaq…

9-01-2024, 10:02           
Çalışaq, peşəmizə və həmkarlarımıza sahib çıxaq, çıxa bilmiriksə susaq…
Bu yazılmamış gerçəklikdir ki, jurnalistika universitetlərdə öyrənilmir. Praktikasız nəzəriyyə tam anlamıyla jurnalistika deyil. Praktika-təcrübə də edilən yanlışların sayəsində formalaşır.
O baxımdan özünü dahi kimi aparıb, sanki həyatında səhv etməmiş kimi kinini mediaya qusanlardan və jurnalistikaya təsadüfi hoppananlardan fərqli olaraq, sıfırdan bu sahədə olanlar gənc jurnalistlərin səhv etmə haqqlarının olduğunun fərqindədirlər.
Dünənki hadisədə isə gənc həmkarımızın “səhv”i eqo partlaması yaşayan şəxsə mikrofon uzatmağı oldu. Əgər mən mədəniyyət sahəsində deyiləmsə, səni hardan tanıya bilərəm? Heç tanımağa da borclu deyiləm. Şəxsən mən də tanımırdım, bu sahədə çalışan həmkarlarım kim olduğunu yazana qədər.
Yas mərasimindən reportajda adamdan xaşı sarımsaqlı və ya sarımsaqsız yeməyi soruşulmayacaqdı ki?..
Gənc həmkarlarımızı daşqalaq etməməli, atılan daşın önündə dayanmalıyıq ki, jurnalistlər yetişsin. İlk addımında gənc həmkarlarımızı itə-qurda yem edəcəyiksə, media o zaman öləcək…
Çalışaq, peşəmizə və həmkarlarımıza sahib çıxaq, çıxa bilmiriksə susaq…
Agil Ələsgər
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru