Vahid Ələkbərov niyə Ruben Vardanyan qədər vətənpərvər olmadı? - Yəhudilərin təsbiti

1-02-2024, 15:28           
Vahid Ələkbərov niyə Ruben Vardanyan qədər vətənpərvər olmadı? - Yəhudilərin təsbiti
Rusiyanın ən zəngin iş adamlarının sərvəti yenə xarici media orqanlarının manşet xəbəri kimi paylaşılmaqda, müzakirədədir.
“Blumberq” məlumatına görə rusiyalı milyonçuların sərvəti bu ilin əvvəlindən 7,953 milyard dollar artıb. Bu o deməkdir ki, milyonçuların pul qazanmaq çalışmalarına nə Rusiyanın apardığı müharibə, nə də qərbin tətbiq etdiyi sanksiyalar təsir etməyib. Bütün dünyada olduğu kimi kasıblar müharibədə ölür, varlılar pul qazanır.

Məlumatlarda deyilir ki, “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 2,14 milyard dollar artaraq, 23 milyard dollar təşkil edib. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti 1,35 milyard dollar artaraq, 25,3 milyard dollara yüksəlib. Təbii qaz istehsalçısı “Novatek”in səhmdarı Gennadi Timçenko isə itkiyə məruz qalıb. Onun sərvəti 248 milyon dollar azalaraq 13,9 milyard dollara düşüb”, - məlumatda deyilir.

Bizim nüfuzlu, pullu, imkanlı həmyerlimiz də fürsətdən istifadə edib varlanıb. “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 838 milyon dollar varlanaraq, sərvətini 25,5 milyard dollara çatdırıb. O, 1993-cü ildən "LUKoyl" şirkətinə rəhbərlik edir. Əvvəlki illər sərvəti 20 milyard dolları ötən Vahid Ələkbərov hazırda Rusiyada ilk “beşlik”də yer alan milyarderlərdəndir.

Erməni milyonçu Ermənistanın çiçəklənməsi üçün çalışır bəs azərbaycanlı milyonçu?

Rusiyada bir “Taşir” şirkətlər qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Samvel Karapetyan Rusiyada yaşayan ən varlı erməni hesab olunur. Ötən illərdə məşhur “Forbes” nəşrinin açıqladığı hesabata görə, Samvel Karapetyan 4,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları sıralamasında 568-ci, Rusiyanın ən varlı adamlarının siyahısında isə 29-cu sırda yer alıb. 18 avqust 1965-ci ildə Ermənistanın SSR-nin Kalinino (Taşir) rayonunda anadan olub.

1992-ci ildə Rusiyaya köçüb. 1997-ci ildə Kaluqa şəhərində istehsal, inşaat, enerji, tədarük və satış şirkətlərini özündə birləşdirən “Taşir” şirkətlər qrupunu yaradıb. Samvel Karapetyan hazırda tərkibində ticarət mərkəzləri, otellər, yaşayış binaları, kinoteatrlar, pərakəndə satış şəbəkələri və restoranların da olduğu ümumilikdə Rusiya iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox şirkətə rəhbərlik edir. Samvel Karapetyan 2000-ci ildə “Taşir” Xeyriyyə Fondunu qurub.

2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini Samvel Karapetyan ödəyib. 4 avqust 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra Samvel Karapetyan Beyrut ermənilərinə dəstək verəcəyini elan edib və zədələnən Müqəddəs Gevorg Kilsəsinin bərpasına 200 min dollar ayırıb.


Yeri gəlmişkən , hazırda Bakı həbsxanasında dustaq həyatı yaşayan, rusiyalı milyarder Ruben Vardanyan özünün ailə fondu “RVVZ Foundation» vasitəsilə 2014-cü ildə Ermənistanda “Dilican Kolleci” adlı beynəlxalq məktəb açıb, bu layihəyə 150 milyon dollar xərcləyib.
Siz əziz Azərbaycanlılar heç eşitdinizmi ki, Vahid Ələkbərov Azərbaycana 1 manat yardım etsin, bir baxçanın təmirinə pul göndərsin, Qarabağ adlı yükümüzün altına bir dəfə çiyin versin? Təbii ki, eşitməmisiniz. Və eşitməyəcəksiniz!

Yəhudilər bu müəmmanın açmasını verib

Yəhudilər özünəxas cəhətləri ilə digər xalqlardan yetərincə fərqlənirlər. Onlarda varislik ata yox, ana xətti ilə ötürülür. Bu xalqın ana hökmüranlığının səbəbi hələ də tam aşkarlanmasa da, bir sıra fərizyyələr var.
Tövrat yəhudilərə digər millətdən olan qadınlarla evlənmək qadağası qoyur. Səbəbi isə odur ki, yəhudi olmayan ana uşağını yanlış yola sürükləyə bilər. Yəni digər xalqdan və dindən olan qadının tərbiyə etdiyi uşaq yəhudi hesab olunmur. Burada yalnız bir çıxış yolu vardı. Digər xalqdan olan qadın yəhudi kişi ilə ailə qurarsa, mütləq dini görüşlərini dəyişib, yəhudi olmalı idi. Əks halda, bu nikah Allah tərəfindən lənətlənmiş sayılırdı.
Daha bir fərziyyədə körpənin atası dəqiq bəlli olmasa da, onu dünyaya gətirən ana hər zaman məlumdur. Yəni, qadın hətta rəsmi nikahda olduğu müddətdə digər kişidən övlad dünyaya gətirərsə, bu sirr bəzən əbədi olaraq qoruna bilər. Lakin ananın övladını 9 ay bətnində gəzdirməyi və ona həyat verməyi faktı heç kəs tərəfindən nə gizlədilə, nə də təhrif oluna bilər. Odur ki, uşağın atasının dinindən və kimliyindən asılı olmayaraq, o, yəhudi anasının varis sayılır.

İndi səbəbini bilmək istəyirsinizsə ki, niyə erməni milyonçular varidatlarını qəpiyinə qədər Ermənistana xərcləyir, amma azərbaycan əsilli milyonçular yox. Onda bilin ki, adını çəkdiyim milyonçu ermənilərin anası tər-təmiz erməni qızlarıdır. Amma azərbaycanlı milyonçuların heç birinin anası tər-təmiz azərbaycanlı deyil. Məsələn, 1950-ci ildə Bakıda doğulan Vahid Ələkbərovun atası Yusif Ələkbərov azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovnadır.

Məncə, dünyanın ən ağıllı xalqı olan yəhudilər bu fikirdə də bizdən irəlidədirlər…

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.