Beyonsenin konsertində izdiham: Xəsarət alanlar var VİDEO
Bu gün, 15:38
Məşhur müğənni Beyonsenin konsertindən sonra ABŞ-nin Atlanta ştatının Vayn-Siti rayonundakı metro stansiyasında izdiham yaranıb.
Bu barədə "Atlanta News First" telekanalı şəhər metropoliteninə istinadən məlumat verib.
Məlumata görə, izdiham nəticəsində 9 nəfər yaralanıb.
"Atlanta metropoliteninin məlumatına görə, sərnişinlərdən biri qışqırmağa və qaçmağa başlayıb ki, bu da eskalatorda basabas yaradıb. Eskalator sürəti artırıb və qəfil dayanıb", - deyə telekanal bildirib.
Hadisə şahidi olan qadının sözlərinə görə, insanlar təşvişə düşərək qaçmağa başlayıblar. Eskalator dayandığı anda bir neçə nəfər yıxılıb. Qadın əlavə edib ki, o özü də müvazinətini saxlaya bilməyib və üst-üstə yıxılan təxminən 20 nəfərlik qrupun içində düşüb.
Səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə çatdırılıb.