Nikolas Keyc Sara Cessika Parkerlə münasibətlərindən danışdı

Bu gün, 15:24           
Nikolas Keyc Sara Cessika Parkerlə münasibətlərindən danışdı
Hollivud aktyoru Nikolas Keyc Sara Cessika Parkerlə münasibətlərini aktrisanın anasının ondan xoşu gəlmədiyi üçün bitirib.

Bu barədə aktyor "E! News" nəşrinə verdiyi müsahibəsində bildirib.

"Mən Saraya qarşı laqeyd deyildim, amma məncə, mən onun anasının xoşuna gəlmirdim. Nə olduğunu bilmirəm, amma o, məni bir daha görmədi", - aktyor bildirib.

Xatırladaq ki, Nikolas Keyc 2019-cu ildə Tokioda çəkiliş zamanı tanış olduğu Riko Şibata ilə evlidir. Hollivud aktyoru koronavirus pandemiyasının qızğın vaxtlarında "FaceTime" vasitəsilə nişanlısına evlilik təklifi edib. Cütlük 2021-ci ilin fevralında evlənib. Ulduzlar Las-Veqasdakı "Wynn" otelində çox kiçik bir mərasim keçiriblər. Bir il sonra Nikolas Keyc və Riko Şibatanın bir qızı olub. Ona Avqusta Françeska Koppola Keyc adı veriblər.

Sara Cessika Parker 1997-ci ildə aktyor Metyu Broderiklə ailə həyatı qurub. Cütlüyün Ceyms adlı oğlu, Merion və Tabita adlı qızları var. Qızlar surroqat ana vasitəsilə dünyaya gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru