"“bananlaşma”-dan “banallaşma”-ya...

18-02-2024, 12:24           
"“bananlaşma”-dan “banallaşma”-ya...
Əvvəllər zəif, xarici qüvvələrdən, dövlətlərdən çox asılı olan ölkələrə “banan respublikaları” deyirdilər, indi bütün dünya siyasəti “bananlaşıb”, hətta fransızca “banal” sözünə istinad etsək, “banllaşıb”, yəni bəsitləşib.
Deməli, ABŞ Ekvadora tapşırdı ki, SSRİ-dən aldıqları silah-sursatları Ukraynaya göndərsiz – Ekvador da razılaşdı. Həmən Rusiya Ekvador bananın ölkəyə idxalına qadağa qoydu. Banan Ekvadorun bir nömrəli ixrac məhsuludur, dünya banan bazarının 27%-i bu ölkənin əlindədir və Rusiya 91% banan ehtiyacını məhz Ekvadordan alırdı, hər il Ekvador Rusiyaya, ortalama, 1 mlrd. dollarlıq banan satır. Yeri gəlmişkən, Ekvadordan bananı Rusiyaya bizimkilər, azərbaycanlılar gətirib satır, o soydaşlarımız ki, Azərbaycana banan gətirə bilmirlər, amma Rusiya bazarına çıxmağı bacarmışdılar.
Hə, gələk mətləbə - o boyda ABŞ Ekvadora deyir ki, Ukraynaya tank-top, mərmi ver, həmin ölkə də razılaşır, sonra Rusiya banana qadağa qoyur və 2 gün öncə Ekvador hökuməti elan edir ki, Ukraynaya silah-sursat verməkdən imtina edir, elə həmin gün də Rusiya Ekvador bananına qoyduğu qadağanı götürür – müasir dünyanın mənzərəsinə baxın, əvvəl ABŞ-ın sözünün üstünə söz deyə bilməyənlər indi banana görə Vaşinqtonun sözünü yerə salırlar.
Bax belə dünyada yaşayırıq, nəticə çıxarıb öz başımızın çarəsinə özümüz qalmalıyıq, məmləkətdə boğaza qədər olan problemləri özümüz həll etməliyik. Ona görə də, indiki dünyada (əvvəl belə deyildi) məmləkətdəki problemlərə görə ölkəyə qarşı kimsə xarici sanksiyalara çağırış edirsə, nə siyasəti bilir, nə özünə, nə də bu xalqa hörmət edir – vəssalam...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.