Ermənistanı işğal planı hazırdır: Bu iki ölkə ilə razılaşdırılır - ŞOK FAKTLAR

26-02-2024, 18:08           
Ermənistanı işğal planı hazırdır: Bu iki ölkə ilə razılaşdırılır - ŞOK FAKTLAR
Ermənistan-Rusiya gərginliyinin necə bitəcəyi ilə bağlı fərqli yanaşmalar var. Nikol Paşinyanın ardıcıl olaraq Moskvaya qarşı demarşının cavabsız qalmayacağı ilə bağlı iddialar səslənir. Hətta Ermənistan müxalifəti Vladimir Putinin Paşinyan hakimiyyətinin davranışlarına tezliklə gözlənilməz istiqamətdən dağıdıcı reaksiya verəcəyini proqnozlaşdırır. Görünən odur ki, Rusiya bütün bunların fonunda Ermənistanı işğala və ilhaqa hazırlaşır.

Bunu Teleqraf.com-a sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O qeyd edib ki, yaxın aylarda və dövrdə Moskvanın İrəvanı necə cəzalandıracağı faktı ortaya çıxacaq:

“Bu, birbaşa və ölkə daxilində müəyyən qarışıqlıqlar şəkilində baş verə bilər. Paşinyanın KTMT (Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı) ilə bağlı açıqlamaları da gündəmdədir”.

Partiya sədrinə görə, hadisələrin gedişi göstərir ki, Rusiya Cənubi Qafqaza hərbi müdaxiləyə hazırlaşır:

“Bu da məhz Ermənistanın işğalı və ilhaqı fonunda baş verəcək. Hazırda bu prosesə qarşı əsas əngəl Türkiyə və Azərbaycanın mövqeyidir. Çünki Cənubi Qafqaz ərazisi Azərbaycan və Türkiyə üçün həyatı əhəmiyyət kəsb edir. Moskvanın Ermənistanı işğal və ilhaq siyasətinin gecikməsi Türkiyə və Azərbaycanın mövqeyi ilə razılaşdırılmamaqdan irəli gəlir”.

Pənah Hüseyn hesab edir ki, istənilən halda Azərbaycan bu ərazilərin işğalına biganə qala bilməz:

“Buna Azərbaycanın tarixi, coğrafi nöqteyi-nəzərdən haqqı çatır. Şübhəsiz ki, bu məsələdə Azərbaycanın da maraqları təmin olunmalıdır. Mehri, Zəngəzur ərazisi Azərbaycanın tarixi ərazisidir. Eyni zamanda Ermənistanın təhlükə və təhdid mənbəyi olması faktına qarşı silahsızlaşdırılmış zona olması tələbləri var. Ona görə də, bu məsələlərə diqqətlə yanaşmaq lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.