"Azercell" abunəçiləri rouminq zamanı çətinliklə üzləşirlər - FOTO

27-03-2024, 18:04           
"Azercell" abunəçiləri rouminq zamanı çətinliklə üzləşirlər - FOTO
"Azercell" abunəçiləri rouminq zamanı çətinliklə üzləşirlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkədə "Azercell"ə müraciət ünvanlayıblar.

Abunəçilər rouminqə qoşulsalar da, olduqları xarici ölkələrdə bu xidmətin imkanlarından yararlanmağın çətinliyini bildiriblər.

Bununla yanaşı abunəçilər həmçinin rouminq qiymətlərinin baha olmasından narazılıq ediblər.

Qeyd edək ki, hazırda "Azercell"in rouminq internet paketlərinin qiymət cədvəli aşağıdakı kimidir:

100MB - 3.90 AZN - İstifadə müddəti: 1 gün

400MB - 9.90 AZN - İstifadə müddəti: 3 gün

1GB - 19.90 AZN - İstifadə müddəti: 14 gün

3GB - 39.90 AZN - İstifadə müddəti: 30 gün

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru