"Arsenal" futbolçularından utancverici statistika

24-09-2024, 11:38           
"Arsenal" futbolçularından utancverici statistika
İngiltərə Premyer Liqasının V turunun "Mançester Siti" - "Arsenal" (2:2) matçında "topçular"ın futbolçuları utancverici statistikaya imza atıblar.

Oxu.Az xəbər verir ki, London təmsilçisinin heyətində hücumçu Kay Haverts və müdafiəçi Yurrien Timber görüşü dəqiq ötürmə etmədən başa vurublar.

Bununla da K.Haverts Premyer Liqa tarixində son 7 mövsümdə 90 dəqiqə meydanda olan və dəqiq ötürmə edə bilməyən ilk oyunçu olub.

26 yaşlı almaniyalı forvard "şəhərlilər"lə qarşılaşmada 5, Y.Timber isə 6 cəhddə uğursuz ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru