Xocalıda qalıqları aşkarlanan yeddi nəfərlə vida mərasimi keçirilib - VİDEO

31-03-2024, 09:46           
Xocalıda qalıqları aşkarlanan yeddi nəfərlə vida mərasimi keçirilib - VİDEO
Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərlə vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub.

Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.

Dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Ağaəli Naib oğlu Əliyev - 01.06.1933-cü il;

2. Sürəyya Behbud qızı Əliyeva – 01.06.1933-cü il;

3. Xəzər Səyavuş oğlu Səlimov – 01.09.1974-cü il;

4. Tamilla Ağamirzə qızı Səlimova – 01.06.1935;

5. Əli Müsül oğlu Cavadov - 15.06.1954-cü il;

6. İsmayıl Bəhman oğlu İsmayılov – 01.08.1955-ci il;

7. Şiraslan Qəmiş oğlu Nəcəfov - 1952-ci il təvəllüdlü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru