Atılan addımların və qərarların ağlabatan olması üçün gərək maraqlı tərəflərlə birgə müzakirələrə üstünlük də verilsin.

2-04-2024, 08:24           
Atılan addımların və qərarların ağlabatan olması üçün gərək maraqlı tərəflərlə birgə müzakirələrə üstünlük də verilsin.
Taksilərin rənginə hökumətin limit qoyması məsələsi ötən həftə ciddi müzakirə predmetinə çevrilmişdi.
Məlum olduğu kimi hökumət ölkəyə yeni gətiriləcək taksilər üçün qırmızı və ağ rəng tələbini müəyyən edib və bununla bağlı qərar qəbul edib.
Bütün dünyada aparılan elmi tədqiqatlar isə taksi üçün sarı rəngin məqsədəuyğun olduğunu əsaslandırmışdı.
Bu baxımdan hökumətin nə üçün heç bir əsaslandırma olmadan məhz sarı deyil, qırmızı və ağ rəngə üstünlük verməsi cəmiyyətdə suallar yaratmışdı.
Baxıram ki AYNA İdarə Heyətinin sədri Anar Rzayev buna münasibət bildirib.
Anar müəllim bildirib ki, taksilərin ağ və yaxud qırmızı rəngdə olması şəhərin estetik görünüşünü yaxşılaşdırmaq istəyindən irəli gəlib.
O, həm də 15 ildən sonra sürücü avtomobilini satmaq istəyərsə sarını satmağın kifayət qədər çətin olacağını da vurğulayıb .
Yəni hökumət adı çəkilən qərarı hazırlayarkən şəhərin estetik görünüşünü və taksi sürücülərinin maddi durumunu rəhbər tutub.
Hiss olunur ki, qərar layihəsi hazırlanmazdan öncə ciddi elmi araşdırmalar aparıblarmış
P.S. Hökumətin, AYNA-nın nəqliyyat sektorunda, ictimai nəqliyyatda və parklamada uzun illərdən bəri formalaşmış problemlərin həlli və qayda-qanun yaratması istiqamətindəki səyləri anlaşılandır. Bir xeyli müsbət addımları da olub.
Amma atılan addımların və qərarların ağlabatan olması üçün gərək maraqlı tərəflərlə birgə müzakirələrə üstünlük də verilsin.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.