“Xəzərin sahili zəbt ediləcək” - Yeni layihə ilə bağlı tənqid

16-04-2024, 18:15           
“Xəzərin sahili zəbt ediləcək” -
Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm.

TEREF xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq:

"Qanun layihəsində süni torpaq sahəsinin dövlət mülkiyyəti olacağı və özgəninkiləşdirilməsinə yol verilməyəcəyi bildirilir. Lakin yaxın keçmişdən başlayaraq Xəzərin sahil xətti boyu müşahidə edilən vəziyyət, bu prosesin sadə insanlar üçün Xəzərin əlçatanlığını daha da çətinləşdirəcəyini deməyə əsas verir".

Ekspert deyir ki, qanuna əsasən hüquqi və ya fiziki şəxsin torpaq sahəsində, həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların mülkiyyət hüquqları qeydiyyata alınacaq:

"Yaxşı, bəs onda, Xəzərin sahilinin mülkiyyət hüququ ayrı-ayrı şəxslərə malik olan bina və digər qurğularla dolması Xəzərin sahil xəttinin faktiki olaraq adi insanlar üçün əlçatmaz etməyəcəkmi? Digər bir məsələ isə Xəzərin strateji əhəmiyyətidir. Bir gün elə bir məqam gələcək ki, bu gün qanunla atılmış addımlar və verilmiş mülkiyyət hüquqları gələcəkdə dövlətin maraqları önə çıxdığı zaman mülkiyyət toxunulmazlığına dair problemlər ortaya çıxaracaq".

"Xəzərlə bağlı görüləcək işlər çoxdur. Məsələn, Xəzərdə qəfəs balıqçılığının inkişaf etdirilməsi üçün qəfəs balıqçılığına dair qanun layihəsinin hazırlanması və ya Xəzərə qarşı “Yaşıl Dünya naminə həmrəylik” ilinin fəlsəfəsinə əks olmayan daha önəmli layihələrin icra edilməsi", deyə E. Əmirov əlavə edib.

olke.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.