İlham Əliyev Moskvada Putinlə, Berlində Şoltsla görüşəcək

19-04-2024, 17:57           
İlham Əliyev Moskvada Putinlə, Berlində Şoltsla görüşəcək
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək.

AzToday.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar. Danışqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərini nəzərdən keçirmək, habelə aktual regional məsələlər barədə ətraflı fikir mübadiləsi aparmaq planlaşdırılır.

Azərbaycan Prezidenti aprelin 26-da isə Berlində Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparacaq. Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Steffen Hebenstreit bildirib.

“İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji məsələləri müzakirə olunacaq”, deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru