Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında

20-04-2024, 11:23           
Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında
Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında:
- Prosesin bu yerə - dörd yaşayış məntəqəsinin geri qaytarılmasına - çatmasında Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin gördüyü işlərdir.
Azərbaycan İlham Əliyevin strateji ideyaları əsasında:
- Qazaxın Ermənistanın nəzarətində olan yeddi, Naxçıvanın isə bir kəndini (Kərki) geri almaq üçün intensiv danışıqlar apardı və İrəvanı qızışdırıcı mövqe ilə Bakıya qarşı qaldırmaq istəyən qüvvələri neytrallaşdırdı,
- Həmin kəndlərin qaytarılmaması müqabilində hərbi variantları danışıqlar masasına qoyaraq Ermənistanı sülhə əngəl olacaq mövqelərdən çəkindirdi,
- Prosesi Rusiya sülhməramlı kontingentini öz ərazilərindən çıxarılmasından sonraya saxladı. Beləliklə, Azərbaycan sülhməramlıların guya həmin kəndlərdə yerləşə bilmə ehtimallarını da sıfıra endirdi,
-Bu ərazilərin Azərbaycana geri verilməsi Qazaxın anklav olan Bərxudarlı, Sofulu və Yuxarı Əskipara kəndlərinin geri qaytarılmasını şərtləndirən kommunikasiya yollarının açılmasına şərait yaradacaq,
- Həmin hissədə Azərbaycan qoşunlarının xidməti isə təhlükəsizliyi təmin edən amil olacaq,
- Qazaxla bağlı proses yekunlaşandan sonra isə Naxçıvandakı Kərki kəndinin də delimitasiya çərçivəsində Azərbaycanın nəzarətinə keçəcəyi ehtimalları artır.
Aqşin Kərimov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru