ABŞ BMT agentliyinin Qəzzaya dəniz yolu ilə yardımın çatdırılmasına kömək edəcəyini bildirir

21-04-2024, 10:45           
ABŞ BMT agentliyinin Qəzzaya dəniz yolu ilə yardımın çatdırılmasına kömək edəcəyini bildirir
ABŞ rəsmiləri cümə günü bildirib ki, BMT-nin Dünya Ərzaq Proqramı, ABŞ dəniz vasitəsilə humniatar yardımın çatıdırlamsı üçün estakadanın inşasını bitirəndən sonra, Qəzzada aclıq çəkən mülki vətəndaşlara yardım çatdırmağa kömək etməyə razılaşıb.

BMT agentliyinin cəlb olunması ABŞ-ın planlaşdırdığı layihənin üzləşdiyi ən əsas maneələrdən birini – yardım qruplarının İsrail tərəfindən əhəmiyyətli dəyişikliklər olmadan Qəzzada ərzaq və çox ehtiyac duyulan başqa malların yerdə paylanması ilə məşğul olmağa dair istəksizliyi - həll etməyə yardm edə bilər.

İsrail ordusunun aprelin 1-də World Central Kitchen (Dünya Mərkəzi MətbəX) təşkilatının yedd yardım işçisinin ölümü ilə nəticələnən hücumu humanitar işçilərin təhlükəsizliyini təmin etməməsi və ya quru sərhədlərindən adekvat miqdarda yardımın çatdırılmasına icazə verməməsi səbəbilə İsrailə qarşı tənqidlərin artmasına gətirib çıxarıb.

İsrailin HƏMAS-a qarşı hərbi kampaniyasını dəstəklədiyi bir vaxtda Qəzzadakı humanitar bphran səbəbilə tənqidlərlə üzləşən Prezident Co Bayden martın 8-də elan edib ki, ABŞ ordusu quru yola alternativ olaraq müvəqqəti etakada və keçid inşa edəcək.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi The Associated Press-ə Qəzzaya dəniz dəhlizi vasitəsilə humanitar yardm çatdırmaq üçün Dünya Ərzaq Proqramı ilə əməkdaşlıq edəcəyini təsdiqləyib.

“Bu, bir çox tərəfdaş arasında koordinasiya tələb edən mürəkkəb bir prosesdir və bizim müzakirələrimiz davam edir. Qəzza boyu yardımın çatıdırlması üçün humanitar aktyorların təhlükəsizliyi kritikdir və biz humanitar yardımçılara daha çox zəmanət verəcək tədbirləri dəstəkləməyə davam edirik,” USAID AP-yə açıqlamasında bildirib.

Agentlik bildirib ki, ABŞ və Dünya Ərzaq Proqramı rəsmiləri fələstinli mülki vətəndaşlara yardımı “müstəqil, neytral və bitərəf qaydada” çatdırmağın yolları üzərində çalışırlar.

Dünya Ərzaq Proqramı dərhal şərh verməyib, Dünya Ərzaq Proqramı sözçüsü isə şərh istəyinə dərhal cavab verməyib.

İsrail dron hücumu fələstinli əraziyə ərzaq çatdıran yeddi yardım işçisinin ölümünə səbəb olandan bəri Qəzzaya daha çox sərhəd keçilərini açmağa və yardım axınını artırmağa söz verib.

Müharibə HƏMAS militantlarının oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürməsindən sonra başlayıb. İsrailin Qəzzaya, HƏMAS-ı məhv etmək məqsədi daşıyan hücumu genişmiqyaslı dağıntılara səbəb olub və yerli səhiyyə rəsmilərinin məlumatına görə, 33,800-dən çox insanın ölümünə gətirib çıxarıb. İsrailin hücumu nəticəsində ölənlər arasında yüzlərlə BMT və başqa humanitar təşkilatlarının işçiləri var.

Beynəlxalq rəsmilər deyir ki, insanların 70 faizinin faciəvi qıtlıqla üzləşdiyi Qəzzanın şimalında, aclıq qaçılmazdır.

ABŞ ordusu dəniz marşrutunun bir hissəsi olaraq modulyar keçid inşa edəcək. O ümid edir ki, yardımın dənizdə təftiş edilib, qeydiyyata alınması onun Qəzza xalqına paylanmasını sürətləndirəcək.

ABŞ ordusu dənizdə gəmilərin yardım paletlərini boşalda biləcəyi böyük üzən platforma inşa edəcək. Ondan sonra yardım ordu qayıqları ilə sahilə lövbər salacaq polad estakada və ya keçid hissələrinə köçürüləcək.

Bİr neçə ordu gəmisi və Hərbi Dəniz Yükləmə Komandanlığı gəmisi artıq Aralıq dənizindədir və platforma və estakadanın inşasına hazırlaşır.

Estakadanın 500 metr uzunluğunda və iki zolaqdan ibarət olacağı gözlənilir. Pentaqon oraya gər gün Qəzza sakinləri üçün 2 milyondan çox yeməyin çatdırıla biləcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.