Hazırda hədəfdə Böyük Yaxın Şərq və Cənubi Qafqazdır
24-05-2024, 13:08
"Gürcüstanın baş naziri İrakliy Kobaxidze deyib ki, guya hansısa Avropa Birliyi komissarı telefon danışığında ona Slovakiyanın baş nazirinin başına gələnləri xatırladıb və bununla, faktiki olaraq onu hədələyib. Belə bir söhbətin olub-olmadığını dəqiq bilməsəm də, amma bir məsələni söyləmək mümkündür. Gürcüstanda israrla qəbul edilmiş "Xarici agentlər haqqında” qanun bu ölkənin birmənalı olaraq Rusiya satellitinə çevrildiyini göstərir. Görünür, elə bu səbəbdən də dünən ABŞ senatında hər iki partiyanın iştirakı ilə hazırlanmış Gürcüstana sanksiyaların tətbiqi haqda layihənin olması barədə məlumatlar yayılıb”.
Politoloq əlavə edib ki, hansısa bir qanunun qəbuluna görə hadisələrin belə sürətlə cərəyan etməsi ilk baxışdan təəccüblü görünə bilər: "Amma dünyada və bölgədə baş verən hadisələr onun əsas iştirakçılarından qəti addımların atılmasını tələb edir və bu tendensiya davam edəcək. Hazırda hədəfdə Böyük Yaxın Şərq və Cənubi Qafqazdır. Başqa sözlə, Yaxın Şərqin taleyi həm də Cənubi Qafqazdan keçir. Xüsusilə İranda baş verən son hadisələr bölgənin əhəmiyyətini bir qədər də artırır. İndi hər şey bizim regionda və İranda baş verənlərdən asılı olacaq. Prezident Rəisinin ölümündən sonra İran yeni siyasi mərhələyə qədəm qoyur”.
Ə. Oruclu qeyd edib ki, bəzi ekspertlərin fikrincə, İranın yeni tarixində bəlkə də ən qeyri-populyar prezident olan Rəisinin ölümü ölkənin tarixi və bütövlükdə regionun gələcəyi üçün həlledici dövrün başlanğıcı ola bilər. Təbii ki, bu, heç də İbrahim Rəisinin şəxsiyyəti ilə bağlı deyil.
Politoloqun sözlərinə görə, bu, ilk növbədə İ. Rəisinin İranın mürəkkəb hakimiyyət konstruksiyasında kompromis fiqur ola biləcəyi ilə əlaqəlidir:
“Məsələ burasındadır ki, məhz Rəisi səhhətində ciddi problemlər olan 85 yaşlı Seyid Əli Xameneinin davamçısı olacaq şəxs kimi nəzərdə tutulurdu. Həmin fikir bir sıra İran mənbələri tərəfindən də təsdiqlənir. Rəisi İrandakı həm mühafizəkar, həm də mötədil qanad üçün məqbul fiqur sayıla bilərdi. Onun ölümündən sonra isə İran siyasi elitasında fikir ayrılığı (əgər baş verərsə) ölkədə hərbi qanadın güclənməsinə və nəticədə hərbi rejimin formalaşmasına gətirib çıxara bilər. Amma burda da vəziyyət göründüyü qədər sadə deyil”.
Ə. Oruclu bildirib ki, İran silahlı qüvvələri siyasi elitanın müxtəlif qanadlarına yaxın olan iki hissədən ibarətdir: mühafizəkarlara bağlı olan İnqilab Keşikçiləri Korpusu və mötədillərə daha yaxın sayılan Müdafiə Nazirliyi. Deməli, siyasi elita vahid mövqe ortaya qoya bilməyəcəyi halda bunu silahlı qüvvələr etməli olacaqlar və ya onların iştirakının qaçılmaz olması mümkündür.
Politoloqun fikrincə, hadisələrin bu istiqamətdə cərəyan etməsi təkcə İran deyil, həm Yaxın Şərq, həm də Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir: “Belə gözləntilər və İranın daxili siyasətinə kənar təsirlərin minimal olması qlobal oyunçuları İran ətrafındakı mövqelərini gücləndirməyə sövq edəcək. Bu kontekstdə İsrail-Fələstin müharibəsinə dair beynəlxalq mövqeyin dəyişməsi də qaçılmaz olacaq. Bunun ilkin əlamətləri artıq görünməkdədir. Məsələn, İsraillə bağlı hər zaman ehtiyatlı mövqe sərgiləyən Almaniya bildirib kİ, Netanyahu barəsində həbs qərarı çıxarılarsa, o, Almaniya ərazisində saxlanılaraq məhkəməyə təhvil veriləcək. İspaniya, Norveç və İrlandiya isə Fələstin dövlətini beynəlxalq birliyin bərabərhüquqlu üzvi kimi tanıyacaqlarını açıqlayıblar. Cənubi Qafqazda isə hadisələr hələlik Gürcüstan ətrafında cərəyən edir. Amma bu, bölgədə baş verə biləcək hərəkətlənmənin yalnız başlanğıcıdır".
Ərəstun Oruclu
TEREF