Bu YAP-çılar və bitərəflər “qara siyahı”da - ONLAR MANDATSIZ QALACAQ

3-07-2024, 15:36           
Bu YAP-çılar və bitərəflər “qara siyahı”da - ONLAR MANDATSIZ QALACAQ
1 sentyabr -parlament seçkiləri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlıdır.

Xatırladaq ki, hələ 2 ay əvvəl Gununsesi.info YAP-ı parlamentdə təmsil edən hazırki deputatların bu dəfə namizəd olmayacağına dair xəbər vermişdi.

Yeni araşdırmamız zamanı məlum olub ki, 3 dəfədən artıq deputat seçilən şəxslərin namizədlər siyahısına salınmayacağına dair qərar verilib.

Məlumata görə bir neçə nəfər istisna olmaqla 3 dəfədən artıq deputat seçilən şəxslər kənarda qalacaq.

O da bildirilir ki, bu barədə YAP-ın Mərkəzi Aparatının rəhbəri

İdarə Heyətinin bugünki iclasında bu barədə danışacaq və onları bu qərara anlayış göstərməyə çağıracaq.

Gununsesi.info bu dəfə namizəd olamayacaq hazırki deputlardan bəzilərinin adlarını dəqiqləşdirib.

Bunlar, “Nizami Cəfərov, Rauf Əliyev, Oqtay Əsədov, İsa Həbibəyli, Vasif Talıbov, Ülviyyə Həmzəyeva, Eldar İbrahimov, Aydın Mirzəzadə, Eldar Nuriyev, Aqil Məmmədov, Anar Məmmədov, Bəxtiyar Sadıqov, Tahir Rzayev, İmamverdi İsmayılov və Mixail Zabelindir.

Bildirilir ki, YAP imtina etdiyi bəzi deputatlarının dairəsindən müstəqil namizədlərə də dəstək verəcək.

Məlumatda, həmçinin hakimiyyəti dəstəkləyən bitərəf və digər partiyalardan olan bəzi deputatlarından üzərindən xətt çəkildiyi deyilir.

Bunlar AVP sədri Fəzail Ağamalı, DİP sədri Asim Mollazadə, Sabir Hacıyev və Adil Əliyevdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.