Müsavatı seçkiyə vadar edən nə oldu? - MƏCLİSİN QƏRARI İCTİMAİYYƏTƏ AÇIQLANMIR
6-07-2024, 08:38
Son bir neçə ildə ölkədə keçirilən seçkiləri boykot edən Müsavat Partiyası 1 sentyabr – parlament seçkilərinə qatılmaq barədə qərar verib.
Gununsesi.info bildirir ki, Müsavatın bu qərarı radikal müxalifəti özündə cəmləşdirən Milli Şuranın və xüsusilə, AXCP-nin sərt reaksiyasına səbəb olub.
Müsavatın bu qərarına qarşı çıxanların arqumenti isə bundan ibarətdir ki, ötən illərdən bu yana demokratik seçki üçün hansısa müsbət dəyişikliklər olmayıb.
Onlar jurnalistlərin,vətəndaş cəmiyyəti fəallarının həbsinə istinad edərək, vəziyyətin daha da mənfi olduğunu iddia edir.
Bəs görəsən, Müsavat seçkiyə qatılmaq qərarı verərkən, nəyə ümid edir?
Ancaq əməkdaşımızın araşdırması zamanı məlum oldu ki, Müsavat Partiyası Məclisinin seçkidə iştirakla bağlı qərarı mətbuat üçün açıqlançayıb.
Adıçəkilən partiyanın başqanı İsa Qəmbərin, Məclis sədri Arif Hacılının və başqan müavinlərinin sosial şəbəkə hesablarında da bu barədə heç nə yazılmadığı məlum olub.
Xatırladaq ki, İsa Qəmbərin yenidən partiya başqanı seçilsindən sonra Müsavatın hökumətlə dialoqa getdiyinə dair iddialar yayılıb.
Yerigəlmişkən, PA-nın şöbə müdiri Ədalət Vəliyevin siyasi