Xəstəxana yoluxucu xəstəliklərin mənbəyinə çevrilib
11-07-2024, 12:04
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində antisanitariya hökm sürür. Həftələrlə doğum evində tullantılar daşınmır, nəticədə qalanmış tullantıların kəskin iyi palatalara yayılır.
Ən təhlükəlisi isə odur ki, tibbi tullantılar utilizasiya olunmur, məişət tullantıları ilə bir yerdə saxlanılır, nəticədə müxtəlif yoluxucu xəstəliklərin yaranma riski artır, natəmizlikdən yaranan həşəratlar bütün xəstəxanaya yayılır. Onlar hər yerdədir։ divarlarda, xəstənin şkafında, çarpayılarda.
Xəstələr dəfələrlə şikayət etsələr də, onlara məhəl qoyulmur, problem həll olunmur. Xəstəxana rəhbərliyi vəziyyətin yaranmasında Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsini günahlandırır. İdarəsindən isə TƏBİB-i günahlandırırlar, bildirirlər ki, heç kim onlarla müqavilə bağlamayıb. TƏBİB də öz növbəsində bildirir ki, bu problemlərlə məşğul olanlar məzuniyyətdədir.
Maraqlısı odur ki, Səhiyyə Nazirliyi də özünü elə aparır ki, sanki bu problemlə onun heç bir əlaqəsi yoxdur.
Bütün dövlət qurumları məsuliyyəti bir-birinin üzərinə atırlar, problem isə günü-gündən dərinləşir.
Səhiyyə Nazirliyi və digər dövlət qurumları öz vəzifələrini yerinə yətirməkdən başqa hər şeylə məşğuldurlar. Amma heç olmasa yeni doğulan uşaqlar, onların sağlamlığı üçün dövlət qurumları problemi həll etməliydilər.
Palitra
TEREF