YALNIZ Bakı Ali Neft Məktəbi Məzun günündə məzunlara diplomları təqdim edib, QALANLARI...

11-07-2024, 12:45           
YALNIZ  Bakı Ali Neft Məktəbi Məzun günündə məzunlara diplomları təqdim edib, QALANLARI...
Universitetlərin hamısında məzun günləri bitib. Məzun günlərində kağız formada diplomların verilməsilə bağlı bu il də kiçik bir araşdırma etdim .
Yenə də məlum oldu ki, YALNIZ Bakı Ali Neft Məktəbi Məzun günündə məzunlara diplomları təqdim edib.
Qalan universitetlərin heç biri diplom verə bilməyib, ən yaxşı halda universitetləri bitirməklə bağlı sertifikatlar verilib. Bu universitetlər diplomları gələn tədris ilində verə biləcəklər.
Diplom blanklarını universitetlərə vermək səlahiyyətləri ETN-dədir.
BANM rektoru Elmar Qasımov da adətən ən axırda məzun günü keçirir. Güman ki, o, bütün komandanı səfərbər etməklə, siyahıları və zəruri datanı ETN-ə təqdim etməklə diplom blanklarını əldə edir və tez yazılmasını təşkil edir.
Düşünmək olar ki, məzunların yekun datası hazır olan tək Elmar müəllim öncədən hazırlanan bütün resursları cəlb etməklə təximnən bir neçə günə diplomları hazır edə bilir.
Xırda bir detal olsa da, BANM bu prosesi universitetin bir ənənəsinə çevirə bilib.
Yeri gəlmişkən, gələn il diplom verilməsi sahəsində vəziyyət dəyişəcək. ETN qaninvericiliyə uyğun olaraq bütün təhsil sənədlərini, o cümlədən diplomları gələn il rəqəmsala çevirəcək.
Belə olan halda gərək universitetlər də öncədən bu prosesə hazırlaşsınlar.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.