İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

15-07-2024, 08:12           
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində təşviqat mitinqində Respublikaçılar Partiyasından prezidentliyə ehtimal edilən namizəd Donald Trampa atəş açılmasını qınayıb.
Prezident Əliyev X platformasında yazıb: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.

Prezident İlham Əliyevin bəyanatı ABŞ daxilində və xaricində sui-qəsd cəhdinə kəskin reaksiaylar fonunda verilib.
İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq
Azərbaycanın yaxın müttəfiqi Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da sabiq prezidentin həyatına sui-qəsd cəhdini pisləyərək onun tezliklə sağalmasını arzu etdiyini bildirib.

"Mən qətiyyətlə Birləşmiş Ştatların 45-ci prezidnti və prezidneltiyə namizəd cənab Donald Trampa qarşı sui-qəs cəhdini pisləyirəm," Ərdoğan X platformasına yazıb.

Hadisəyə reaksiya verən Prezident Co Bayden, Vitse-Prezident Kamala Harris və sabiq Prezident Baraka Obama siyasi zorakılığı qəti şəkildə pisləyən bəyanatlarla çıxış ediblər.

“Sara və mən prezident Trampa edilən hücumdan şokdayıq,” deyə İsrail baş naziri Benyamin Netanahu bildirib: “Onun sürətli şəkildə bərpa olunması və təhlükəsizliyi üçün dua edirik.”

Sabiq prezident Donald Tramp şənbə günü Pensilvaniyada təşviqat mitinqi zamanı onun istiqamətinə atılan atəşlərdən sonra zədələnib, amma vəziyyəti “yaxşıdır”.

Güllə qulağının sol nahiyəsini deşdikdən sonra sosial mediada sağlıq durumu haqda məlumat verən Tramp şənbə günü axşam xəstəxanadan buraxılıb.

"Belə bir hərəkətin ölkəmizdə baş verə bilməsi ağlasığmazdır," Tramp bildirib.
https://twitter.com/presidentaz/status/1812363109660508446?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1812363109660508446%7Ctwgr%5Eb7851934db9b965ef6f2c94ac9862f582cdde801%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F7697415.html












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.