Hökumət deyir ki, qiymət artımı dayanıb, inflyasiya azalıb, amma rəsmi faktlar....

16-07-2024, 09:34           
Hökumət deyir ki, qiymət artımı dayanıb, inflyasiya azalıb, amma rəsmi faktlar....
Rəsmi məlumat: Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat təşkil edib, bu keçən ilin eyni dövrü ilə müqaisədə 26,4%, 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat olub, bu ötən ilin eyni dövrü ilə müqayisədə 21,3%, 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % bahalaşma deməkdir.
Yəni, ölkə ərazisində 3-4-5 ulduzlu otellər 1 ildə, ortalama, 30% bahalaşıb – hökumət deyir ki, qiymət artımı dayanıb, inflyasiya azalıb, turizm sahəsində çalışanların maaşları artmayıb, yaxşı, nə baş verib ki, otellər 30% bahalaşıblar?! Ən qəribəsi isə bilirsiniz nədir?! Deyim də, qiymətlər kəskin artıb, amma rəsmi rəqəmlərə görə otellərin doluluq səviyyəsi pis gündədir – bu ilin 1-ci rübündə (2-ci rüb məlumatları yoxdur hələ) Azərbaycan üzrə bütün otellərdə nömrələrin 82%-i BOŞ qalıb! Doluluq səviyyəsi ölkə üzrə cəmi 18% olub!
Əgər bu rəqəmlər doğrudursa, o zaman məmləkətdə məntiq yenə “ölüb” – otellərə gələn yoxdur, amma onlar qiyməti, ortalama, 30% qaldırıblar, məntiqlə tam tərsinə olmalı, qiymətləri salmalıdırlar ki, adamlar daha çox gəlsinlər.
Yox əgər bu RƏSMİ rəqəmlər yanlışdırsa, otellər vətəndaşları qonaqlayır, amma rəsmiləşdirmirlərsə, o zaman “bir vaqon” nəzarətçi hökumət qurumları hara baxır, niyə göz yumurlar, nəyin müqabilində görməzdən gəlirlər?!
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru