ABŞ prezidenti Donald Tramp gözlənilməz addımı ilə diqqət çəkib. İqtisadiyyat.az xəbər verir ki, siyasətçi Ağ Evdə aparılan tikinti işləri zamanı gözlənilmədən binanın damında peyda olub. O, hətta jurnalistlərə zarafat edərək deyib ki, raketləri yerləşdirmək üçün yer axtarır. Jurnalistlərin qeyri-adi davranışın səbəbləri ilə bağlı sualına prezident özünəməxsus şəkildə cavab verib.
"Cənab prezident, sizin orada nə işiniz var?" – deyə jurnalistlər soruşublar. Buna Amerika lideri təbəssümlü şəkildə belə cavab verib: “Raketləri hara yerləşdirməyi müəyyənləşdirirəm”.