Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... - BU NƏDİ BELƏ?

Bu gün, 15:48           
 Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... -
" "Kapital bank"ın təhlükəsizlik sistemində böyük uçurum var. Bloklanmış kartdan pul oğurlanıb...." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Avqustun 1-i axşam saatlarında Bikart Debet kartımda şübhəli əməliyyat gördüm (Xsolla.Robloxdan, halbuki Robloxda accountum yoxdur) deyə kartımı bloklayıb yenisini sifariş etdim. Avqustun 1-i və 2-si kartım blokda idi. Hər şey də ok idi. Avqustun 3-ü səhər oyanma səbəbim Kapital Bankdan avtomatik zəngin gəlməsi idi. "Şübhəli əməliyyata görə kartınız bloklanıb" deyildi. Mən də Birbank əlavəsinə daxil olduqda gördüm ki kartımda olan vəsaitin demək olar ki hamısı Roblox tərəfindən çıxılıb.
Dərhal banka zəng edib bu haqqda (səhər saat 8-ə işləyirdi) məlumat verdim və soruşdum ki "Bloklanmış kartdan necə vəsait çıxıla bilər?" Cavab "görünür birbank əlavənizə də giriş edə biliblər". Məsləhət gördülər ki tam blok edilsin - birbank əlavəsinə giriş, bütün kartlarım - debet, kredit və sahibkar. Blokladılar.
Avqustun 3-ü saat 10da getdim Kapital Bankın 28 mall filialına. Orada müraciətimi aldılar, ərizəmi yazdım və ərizədə "kartımı bloklamışdım" və "bloklanmış kartdan çıxılmalar" qeyd etmişdim. Yenə sual verdim ki "Bloklanmış kartdan necə vəsait çıxıla bilər?", ancaq əməkdaş xanım "bilmirəm, görürəm ki kartınızı bloklamısız" cavab verərək söhbəti dəyişdi. Müraciətə 5 iş günü içində baxılacağı bildirildi.
Avqustun 4-ü 3 dəfə Kapital Banka zəng etdim, ilk 2 dəfə operatorlar "müraciətinizi qeyd etmişik və təcili olduğunu yazmışıq" dedilər. 3-cü dəfə məni nəhayət təhlükəsizlik şöbəsinə yönləndirdilər. Orada mənə müraciət yaradacağıq dedilər və mən deyəndə ki artıq müraciət var, mənə "burda kart blokda idi kimi bir məlumat yoxdur" dedilər. Nəysə, yeni müraciət yaratdılar. Təhlükəsizlik şöbəsindən də "Bloklanmış kartdan necə vəsait çıxıla bilər?" soruşdum, onlar da ancaq "5 iş günü ərzində araşdırıb xəbər verəcəyik" dedilər.
Əsas problem odur ki təsdiqlənməmiş əməliyyatı çox qısa müddətdə geri qaytarmaq olur, ancaq danışdığım şəxslərin hamısı ancaq "5 iş günü ərzində baxılacaq" deyib durdular. Görunür Kapital Bank gözləyir ki əməliyyatlar təstiqlənsin və 5 iş günü bitdikdə zəng edib "heç nə edə bilmərik" desinlər.
Avqustun 4-ü görəndə ki Kapital Bankdan bir kömək yoxdur, Xsollanın dəstəyinə yazıb, lazım olan məlumatları təqdim etdim və onlar həmın əməliyyatları tapıbdılar. Xahiş etdim ki vəsaiti qaytarsınlar. Hələki cavab yoxdur.
Avqustun 5-i banka yaxınlaşdım. Səbail filialına. Əsas səbəb Birbank əlavəsinə girişı aktivləşdirmək idi. Bunun üçün mənə yerindəcə yeni kart açıb verdilər. Hal-hazırda o kartın balansı 0-dır. Xanıma öz problemimi danışanda bir az danışdıq, mən Robloxla əlaqə qurduğumu dedim, mənə "siz tələsmisiz, gərək bankın nəticəsini gözləyərdiniz" dedi. Belə başa düşürəm ki KB heç nə etmədiyinə görə bu işin üstünə özümün düşməsi də mənim günahımdır. Sonda yenə "5 iş günü ərzində müraciətinizə baxılacaq" dedi.
Birbank əlavəsində sorğuma baxanda "İcra olundu" yazılıb. Zəng etdim ki dəqiqləşdirim, dedilər təkrar sorğudur deyə bağlamışıq, əsas sorğuya isə 65 iş günü ərzində baxılır. Halbuki avqustun 3, 4 və bugün səhər başqa operatorlar və bank işçiləri "5 iş günü ərzində baxılır" deyir, Birbank əlavəsində isə 30 təqvim günü yazılıb.
Tutalım ki İyunda baş verən məlumat sızması nəticəsində mənim də məlumatlarım oğurlanıb. Ancaq bu bloklanmış kartdan pulun necə çıxıldığına hələ də aydınlıq gətirmir. Kimsə məlumatı götürüb və ondan Roblox saytında alış üçün istifadə edib, kart blokda olsa belə rahatca pul çıxıb. "Kapital bank" isə heç nə etməyə çalışmır belə..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru