Özbəkistanda kişi arvadına 13 illik alimenti əvvəlcədən ödədi Bu gün, 15:58 Özbəkistanda bir kişi keçmiş arvadına 13 il müddətinə hesablanmış alimenti əvvəlcədən birdəfəyə ödəyib.Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu yanında Məcburi İcra Bürosu məlumat verilib.Məlumata görə, Nukus şəhər sakini övladı yetkinlik yaşına çatana qədər bütün alimenti öncədən ödəmək arzusunda olduğunu bildirib.Növbəti 13 il ərzində ödəniləcək alimentin hesablanması aparılıb və 2 milyard 270 milyon 812 min sum (təxminən 178 min dollar) təşkil edib.Bu məbləğin büronun tarixində ən böyük məbləğ olduğu qeyd edilir. Facebook-da paylaş