NASA Aya nüvə reaktoru yerləşdirməyə hazırlaşır

Bu gün, 16:08           
NASA Aya nüvə reaktoru yerləşdirməyə hazırlaşır
ABŞ Ay səthində nüvə reaktorunun tikintisini sürətləndirməyi planlaşdırır. Məsələ ilə bağlı yaxın günlərdə ABŞ nəqliyyat naziri və NASA direktoru səlahiyyətlərini icra edən Şon Daffi bəyanat verəcək.

Bu barədə "Politico" NASA-nın yüksəkvəzifəli rəsmisinə istinadla xəbər verir.

Bildirilib ki, bu təşəbbüs ABŞ-nin Rusiya və Çinin kosmos sahəsindəki təşəbbüslərinə cavab addımı kimi qiymətləndirilir.

"Bütün məsələ ikinci kosmik yarışda qalib gəlməkdir", - deyə nəşrə danışan mənbə bildirib.

NASA-nın konkret vaxt planlaması hazırda agentliyin büdcəsinin kəskin ixtisarları fonunda müzakirə olunub.

Eyni zamanda, qeyd olunub ki, Şon Daffi bu məsələdə NASA-nın siyasətinə təsir göstərməyə çalışır. O, həmçinin Beynəlxalq Kosmik Stansiyanın daha tez əvəzlənməsi ilə bağlı göstəriş verib.

Tramp administrasiyası isə kosmik proqramlara xüsusi önəm verir və bu sahəyə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılmasını təklif edib.

Qeyd olunub ki, nüvə reaktorları ilə bağlı direktiv 2030-cu ilə qədər 100 kilovatt gücündə reaktorun istifadəyə verilməsini nəzərdə tutur. Bu isə kosmonavtların Ay səthinə qayıtması üçün mühüm amil hesab olunur. Məqalədə qeyd olunur ki, belə reaktora ilk sahib olan ölkə Ayda "qadağan zonası" elan edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru