Nevzorov rusları dəniz qurdlarına bənzətdi

Bu gün, 15:44           
Nevzorov rusları dəniz qurdlarına bənzətdi
Məşhur jurnalist Aleksandr Nevzorov Yuri Duda müsahibə verib.
İqtisadiyyat.az xəbər verir ki, onun YouTube-də yayılan müsahibəsi Rusiya mediasında səs-küy yaradıb. Belə ki, Nevzorov müsahibəsində rusları dəniz dərinliyində yaşayan qurdlar ilə müqayisə edib.

Nevzorovun sözlərinə görə, Rusiya sakinləri okean dibində yaşayan və kükürd dioksidi ilə qidalanan vestimentiferanlara bənzəyir. O qeyd edib ki, bu onurğasızların yaşayış yeri Rusiyadakı yaşayış şəraiti qədər yararsızdır.

Nevzorov özünü rusofob hesab etdiyini də etiraf edib. Çünki rusofobiya parlaq və normal keyfiyyətdir və o, araknofobiya (hörümçək qorxusu – red.) və təhlükəli hadisələrin digər qorxuları ilə müqayisə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru